İsraildə, aralarında iki keçmiş baş nazir və otuzdan çox təqaüdçü generalın da olduğu iki yüzdən çox eks məmur və hərbi qulluqçu Benyamin Netanyahuya məktub yazaraq, İordan çayının Qərb sahilində İsrail məskunlaşma fəaliyyətinin dayandırılmasını tələb edib.
İmza atanlar arasında kəşfiyyat orqanlarının keçmiş rəhbərləri və yüksək rütbəli hərbi məmurlar var.
"The New York Times" qəzetinin yazdığına görə, məktubun özü mövcud hökumətə qarşı belə güclü ictimai bəyanatın nadir nümunəsidir. Məktub müəllifləri iddia edirlər ki, hökumət sadəcə fəaliyyətsiz deyil, həm də ordu, polis və "Şin Bet"in iştirak etdiyi qəsdən siyasət yürüdür. Keçmiş səhiyyə naziri və təqaüdçü briqada generalı Efraim Sneh açıq şəkildə bildirib ki, bu, etnik təmizləmədir. Netanyahunun ofisi hələlik bu ittihamlara münasibət bildirməyib.
SAMİRƏ