Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO), Hörmüz boğazında üzən bir tankerin Omanın Həsəb şəhərindən təxminən 31,5 kilometr şərqdə şübhəli hücuma məruz qaldığını açıqlayıb.
ABŞ-ın İrana son hücumlarından sonra regional gərginliyi artıran bu hadisə, Hörmüz boğazında təhlükəsizliklə ciddi narahatlıq doğurub. UKMTO-nun bəyanatında gəmiyə üç xarici əşyanın dəydiyi bildirilir və əlavə edilir ki, "heç bir itki, xəsarət və ya ətraf mühitə təsir barədə məlumat verilməyib".
Olayla bağlı ətraflı araşdırma başlanılıb. Bölgədəki digər gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə edilib.
SAMİRƏ