Azərbaycanın Qars şəhərindəki baş konsulu vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərindəAzərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Prezidentin digər Sərəncamı ilə Qoşqar Aslan oğlu Zeynalov Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.