Qüds Erməni Patriarxlığı, İsrail hökuməti tərəfindən təklif edilən Osmanlı İmperiyasında “Erməni Soyqırımını” tanıyan qətnamənin Knessetdə səsverməyə çıxarılacaq məsələlər siyahısından çıxarılmasından “dərin məyusluq” ifadə edib.
Xatırladaq ki, 28 iyunda İsrail kabineti Osmanlı İmperiyasında Erməni Soyqırımını tanıyan qətnamə layihəsini təsdiqləyərək, baxılması üçün Knessetə göndərib. Lakin rəsmi Bakının kəskin etirazından sonra 13 iyulda İsrail parlamenti qətnamə üzrə səsverməni təxirə salıb. Haaretz qəzeti xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu Azərbaycan prezidentinin müşaviri onun ofisi ilə əlaqə saxladıqdan sonra səsverməni bloklayıb.
"Xarici bir dövlətin İsrail dövlətinin daxili işlərinə təsir göstərə biləcəyi narahatedicidir. Dağlıq Qarabağdan 120 mindən çox yerli erməni xristianının zorla qovulmasında məsul olan Azərbaycan Respublikası administrasiyası hansı məsələnin müzakirə üçün Knessetə çıxarılacağını təxirə sala və ya hətta qərar verə bilər", - deyə Patriarxlığın sosial mediada dərc etdiyi açıqlamada bildirilir.
Eyni zamanda, Yerusəlim Erməni Patriarxlığı İsraili “20-ci əsrin ilk Erməni Soyqırımını rəsmi olaraq tanımağa” çağırdığını təkrarlayıb.
SAMİRƏ