Almaniya kansleri Fridrix Mertslə Böyük Britaniyanın yeni baş naziri Endi Börnemi arasında baş tutan telefon söhbətində bir sıra məsələlər müzakirə olunub. Onlar Kiyevi dəstəkləməyə davam etmək və Rusiyaya təzyiqi artırmaq barədə razılığa gəliblər.
Qeyd edək ki, Almaniya Kansleri Fridrix Merts arasında telefon söhbəti Endi Börnhem Britaniya Baş naziri vəzifəsinə başladıqdan bir neçə saat sonra aparılıb.
Hökumətdən mətbuata verilən açıqlamaya görə, Rusiyanın davam edən təcavüzkar müharibəsi fonunda Almaniya və Birləşmiş Krallıq hökumət başçıları Ukraynaya hərtərəfli dəstəyini davam etdirmək və Rusiyaya təzyiqi artırmaq barədə razılığa gəliblər. "Məqsəd ədalətli və davamlı sülhə nail olmağa yönəlmiş ciddi danışıqlar olaraq qalır", - bəyanatda deyilir.
İradə SARIYEVA