Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 20-də BMT-nin baş katibi vəzifəsinə namizəd Maki Sall ilə görüşüb.
Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş açıqlamada deyilir: "Həmsöhbət öz seçki platformasını təqdim etdi. Nazir Salla Rusiyanın BMT-nin ən yüksək vəzifəsinə namizədlər üçün tələblərini izah etdi".
Rusiya mediası yazır ki, "hər iki tərəf BMT-nin qlobal məsələlərdə mərkəzi əlaqələndirici roluna sadiqliklərini bir daha təsdiqləyib".
İradə SARIYEVA