İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-ın İrana hücumları və İranın qisas tədbirlərindən qaynaqlanan artan regional gərginliyi müzakirə etmək üçün yüksək səviyyəli "təhlükəsizlik görüşü" keçirdiyi bildirilir.
Haaretz qəzetində yer alan məlumata görə, Netanyahu bu axşam bəzi nazirlər və hərbi rəsmilərlə görüşəcək.
Görüşdə Netanyahunun ABŞ-ın İrana yenidən hücumları və İranın qisas tədbirləri nəticəsində artan regional gərginliyi müzakirə edəcəyi bildirilir. İsrail mediası ABŞ-ın yaxın günlərdə İrana qarşı davam edən hava hücumlarının əhatə dairəsini genişləndirməyə hazırlaşdığını və Yaxın Şərqə əlavə qırıcı təyyarələr, eləcə də yanacaq dolduran təyyarələr göndərməyə başladığını bildirir. ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibəyə son qoymaq üçün Vaşinqton və Tehran 14 iyunda İslamabad Sazişini imzaladılar və bu Saziş yekun razılaşma üçün 60 günlük danışıqlar müddətini nəzərdə tuturdu. Lakin ABŞ ordusu 8 iyulda İrana qarşı yeni hücumlara başladı və İran buna qonşu ölkələrdəki ABŞ bazalarını hədəf alaraq cavab verdi.
SAMİRƏ