2027-ci ildə keçiriləcək G20 sammiti İngiltərənin Mançester şəhərində baş tutacaq. Bu barədə Politico mənbələrə istinadən məlumat yayıb.
Böyük Britaniya Baş Nazirinin Ofisi bu xəbəri nəşrə birbaşa təsdiqləməsə də, yeni seçilmiş Britaniya Baş naziri Endi Börnemin ABŞ Prezidenti Donald Trampı Mançesterə dəvət etdiyini bildiriblər. Tramp təklifi qəbul etmək istədiyini bildirib.
Böyük Britaniya Baş naziri vəzifəsinə başlamazdan əvvəl Endryu Börnem 2017-ci ildən Mançester meri vəzifəsində çalışıb. Sonuncu G20 sammiti 2025-ci ilin noyabr ayında Cənubi Afrikada keçirilib. Bu il tədbir Mayamidə keçiriləcək.
SAMİRƏ