Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İtaliya XİN rəhbərinin italyan diplomatlarının vətənə qaytarılması şərtləri ilə bağlı açıqlamalarını yalan adlandırıb.
Zaxarovanın sözlərinə görə, İtaliya xarici işlər naziri Antonio Tajani Rusiyadan iki diplomatın qovulması ilə bağlı faktları təhrif edib. Nazir bildirib ki, italyan attaşesi və köməkçisi heç bir əsaslandırma olmadan qovulub və Moskvanın hərəkətlərini Romanın oxşar hərəkətinə qarşı qisas adlandırıb.
"Mən başa düşmürəm: "heç bir əsaslandırma olmadan" və ya "qisas aktı"? Hər ikisi də yalandır. Bu, İtaliya hökumətinin hərəkətlərinə qarşı qisas tədbiridir" - Zaxarova özünün Telegram kanalında bildirib.
SAMİRƏ