Bazar günü günü, 20 sentyabr 2026
     

Putin əmr etsə, Ramzan Kadırov Bakıya da atacaq... Özü dedi...

Image


İbrahim Rüstəmli: “Vaxtilə Jirnovskinın obrazında tez-tez belə hədə-qorxuları, tədidləri eşidirdik, indi də Kadırovu atıblar ortaya...”

Biz piyada əsgərlərik və Ali Baş Komandanın əmr etdiyi istənilən istiqamətdə hərəkət etməyə hazırıq, xüsusi təyinatlı qüvvələr isə sözün əsl mənasında ən çətin əmrləri yerinə yetirməyə can atırlar. Çeçenistan lideri Ramzan Kadırov bu barədə sosial mediada paylaşım edib.

"Yer həmişə Rusiyanın düşmənlərinin ayaqları altında yanıb və onları əritməyə davam edəcək, Vladimir Vladimiroviç! Sadəcə siz əmr edin, biz icra edək”. Bunu R.Kadırov deyib.

Bu hədə-qorxuda Azərbaycana da mesaj verilirmi?

Hərbi ekspert İbrahim Rüstəmli baki-xeber.com-a bildirdi ki, Kadırovun Putinə bu müraciəti marionet bir ölkə içindəki ölkənin liderinin Rusiya prezidentinə yarınmasından, özünü daha yaxşı, daha bacarıqlı, daha təəssübkeş bir oğlan kimi göstərməsindən irəli gəlir. “Əslində, Çeçenistanda çox az adam Kadırov sevir. Ümumiyyətlə ruhu, mənəviyyatı, əxlaqı ilə çeçen olanlar Rusiya ilə heç vaxt barışmayıb. Rusiyanın müstəmləkə siyasətini tənqid edirlər. Stalin dövründə də onların kütləvi şəkildə köçürülməsi, deportasiya prosesi həyata keçirilib. Çeçen xalqı həm Sovet dönəmində, həm də Rusiya Federasiyası dönəmində ən çox əziyyət çəkən, çox böyük itkilərlə, faciələrlə üzləşmiş bir xalqdır. Bu xalq üçün Rusiya ilə mənəvi, ruhi cəhətdən barışmaq məsələsi heç vaxt müzakirə mövzusu olmayıb.

Bu gün özünün bir küncündə müstəmləkəsi kimi saxladığı, protektorluq etdiyi Rusiya Çeçenistanın protektorudur. Yəni Rusiya Çeçenistanın həm işğalçısıdır, həm də onu öz əsarətində saxlayan bir dövlətdir. Yalnız gücün hesabına Çeçenistanı öz əyaləti kimi saxlayır və öz əyalətində də öz emissarlarını, öz hakimiyyətini yerləşdirib. Oranı idarə edir. İndiki dövrdə də Çeçenistanda əhalinin əhəmiyyətli dərəcəsini götürsək onlar rus işğalından çox böyük əziyyət çəkib. Oğul, ata, bacı-qardaş itiriblər. Yəni bu bağlılıq heç bir halda mənəviyyətə, əxlaqa və idraka, ruha söykənmir.

Kadırov Rusiyanın yerdəki danışan dilidir. Nəyi isə birbaşa deməyi bacarmayan da, yaxud nəyi isə birbaşa öz adından demək istəməyəndə onu ortaya atır.

Bir zamanlar Rusiyanın siyasi gündəmindən düşməyən adamlar Putinin sözünü deyirdilər. Bu gün də o adamlar seriyasından biri də Kadırovdur. O, Rusiyanın klonlaşdırdığı bir çeçendir. Rusiya onun dilində bu ifadələri bizə qarşı səsləndirir. Əlbəttə, hədə-qorxa gəlir. Yəni Kadırovun bu fikri yeni deyil. Bunu sabiq Amerika prezidenti də demişdi. Bunu Amerika prezidenti Tramp da deyir, Bayden də demişdi. Yəni Rusiyanın əsas məqsədi Ukrayna məsələsində mütləq şəkildə qalib kimi çıxmaq, qələbə qazanmaq və ondan sonra Avropanın üstünə yeriməkdir. Yəni, dolayısı ilə İkinci Dünya müharibəsindən sonrakı dönəm göz önünə gəlir. Məqsəd bütün Avropanı işğal etməkdən ibarətdir. Amma Rusiya bugün onu reallaşdıra bilmir. Rusiya bir növ bataqlığa batıb. O hansı yüngül müharibədir ki, rus əsgərinin Ukrayna cəbhəsindəki həyatı təqribən 30 saniyə çəkir…

Bunlar elə bilirdilər ki, üç gün ərzində Ukraynanın strateji məntəqələrini, o cümlədən hava limanlarını ələ keçirəcəklər və Ukraynanı Çeçenistan kimi öz müstəmləkəsinə çevirəcəklər. Orada da Kadırov kimi bir klonu yerləşdirəcəklər. Yəni burada mən klon deyəndə sirk klonunu nəzərdə tutmuram. Bu klonlaşdırılmış çeçendir. Yəni o mənada deyirəm ki, bunu öz istədiyi formata salıb, onun zehnini, beynini yuyub, millilikdən, milli kimlikdən uzaq bir adama çevirib. Bu gün elə tez-tez oradan hədə-qorxular gəlir. Bu o deyil ki, gəlib Azərbaycan təyyarəsini Çeçenistanın üstündə vurasınız, sonra da deyəcəksiniz ki, biz kompensasiya ödəyəcəyik. Sən kimsən? Kadirov deyirdi ki, mən kompensasiya ödəməyə hazıram. Sən bəyəm Rusiya prezidentisən? Faktiki olaraq onlar müstəmləkədir, yəni işğal olunmuş bir forpostdur. O, Çeçenistanın marionet prezidentidir. Çeçenistan müstəqil deyil ki… Rusiyanın işğalı altındadır. Yəni, əlbəttə, bu məsələdə ciddi məqamlar var.

Təbii, Rusiyanın çox ciddi, daha böyük planları var. Ola bilsin o planlar böyükdür, ciddidir, amma bu gün üçün xarakterik deyil. Hər halda bu heç vaxt itməyən bir iddiadır. Yəni Rusiya həmişə o arzu ilə, o istəklə yaşayıb. Bundan sonra əgər Putini dəyişdilər belə növbəti Rusiya prezidenti də məhz bu o ideya ilə yaşayacaq ki, tezliklə Sovet məkanında birləşdirilən ölkələr özünə ilhaq eləsin, yenidən güc toplayıb Avropanı öz işğalı altına salsın”.

İ.Rüstəmli hesab edir ki, Kadırovu bu açıqlaması ciddi hesab edilmir. “Kadrovun bu cür bəyanat verməsi qeyri-ciddi səslənir. Kadrov elə zənn edir ki, Azərbaycan sıradan adi bir dövlətdir, istədiyi bəyanatı verə bilər. Amma unudur ki, Azərbaycan bu gün həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan güclü bir dövlətdir və onun müttəfiqləri var. Azərbaycan yiyəsiz bir ölkə deyil. Azərbaycanın çox ciddi potensialı, ciddi hərbi resursları var və bu resurslar təbii ki, Azərbaycanın öz fikrini müstəqil şəkildə deməsi üçün əsaslı rol oynayır.

Vaxtilə Jirnovskinın obrazında tez-tez belə hədə-qorxuları, tədidləri eşidirdik, indi də Kadırovu atıblar ortaya...” –deyə İ.Rüstəmli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı…

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ