19 iyul tarixində yükləmə əməliyyatları zamanı “Tengizchevroil”ə (Chevron) aid xam neft daşıyan ASIA və Kashagan B.V. və “Maten”ə (KazMunayGas Milli Şirkəti) aid xam neft daşıyan NISSOS IOS adlı iki tanker pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Bu barədə Xəzər Boru Kəməri Konsorsiumu məlumat yayıb.
Konsorsiumun açıqlamasına görə, “Liberiya (ASIA) və Marşal Adaları (NISSOS IOS) bayraqları altında üzən tankerlərin göyərtəsində beynəlxalq heyətlər olub.
"ASIA" tankerinə edilən hücum nəticəsində yanğın baş verib və neftin yüklənməsi dayandırılıb. Xəsarət alan və ya itki olmayıb.
Xəzər Boru Kəməri Konsorsiumu Rusiya, ABŞ, Qazaxıstan və bir sıra Qərbi Avropa ölkələrinin ən böyük yanacaq və enerji şirkətlərini özündə birləşdirir. İnanırıq ki, şirkətin obyektinə və Dəniz Terminalının sularında mülki gəmilərə edilən hücum həm də konsorsiumun üzv ölkələrinin maraqlarına hücum təşkil edir” - deyə açıqlamada bildirilir.
Bildirilir ki, bu, konsorsiumun obyektlərinə qarşı beşinci hücumdur.
Bundan əvvəl Prezident Zelenski Ukraynanın Rusiyanın Qara dənizdə Rusiyanın “kölgə donanması”na aid üç tankerə zərbələr endirdiyini açıqlamışdı.
Tahir TAĞIYEV