Bazar günü günü, 20 sentyabr 2026
     

Kreml “yarıcan doğulmuş” 3+3 formatından əlini hələ üzməyib...

Image


Qulamhüseyn Əlibəyli: “Rusiyanın bu formata göstərdiyi xüsusi maraq geosiyasi zərurətdən və məcburiyyətdən irəli gəlir”

Rusiya Bakı və İrəvanın “3+3” regional əməkdaşlıq platformasında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti görüşlərinin ardıcıllığı barədə razılığa gəlməsini gözləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bunu bildirib.

O, müvafiq razılaşmanın 2024-cü ilin oktyabr ayında İstanbulda keçirilən görüşdən sonra əldə edildiyini xatırladıb: “5 iyunda 2026-cı il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən “3+3” platformasının ilk ekspert sessiyasında iştirakçılar siyasiləşmədən konkret qarşılıqlı faydalı iqtisadi layihələrə diqqət yetirməyi fəal şəkildə müdafiə etdilər. Biz bu yanaşmanı tam şəkildə bölüşürük”.

Qeyd edək ki, platformanın əvvəlki üç görüşü Moskva, Tehran və İstanbulda keçirilib. Gürcüstan platforma çərçivəsində keçirilən heç bir görüşdə iştirak etməyib.

Maraqlıdır, Moskva bu formatda niyə belə israrlı və maraqlıdır?

Sözügedən məsələyə aydınlıq gətirən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli baki-xeber.com-a açıqlamasında Rusiyanın bu canfəşanlığını bir sıra amillərlə əlaqələndirdi: ““3+3” formatını Cənubi Qafqazda son illərdə ən çox müzakirə olunan, lakin gerçəkləşməyən diplomatik platformalarından biri hesab etmək olar. Üç region dövlətləri olan Azərbaycan, Ermənistan və Gürcüstanın bölgə üç böyük qonşu dövlətləri - Rusiya, Türkiyə və İran ilə birlikdə təmsil olunmasını nəzərdə tutan bu mexanizm ilk baxışdan regional əməkdaşlıq təşəbbüsü kimi görünür. Lakin bu platformanın yaradılması istiqamətində ən ardıcıl və israrlı mövqe nümayiş etdirən dövlətin Rusiya olması nəzərə çarpır. Rusiya bu formatı regional qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq platforması kimi təqdim etməyə çalışır. Hesab edirəm ki, bu formatda müəyyən iqtisadi maraqlar olsa da, mahiyyət etibarilə geosiyasi maraqlar üstünlük təşkil edir. Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq kontekstində bu israrlı tələb Rusiyanın regionla bağlı strategiyasının transformasiyasının və yeni mövqe axtarışının göstəricisi hesab oluna bilər. Bir neçə il əvvəl “3+3” platforma layihəsi Rusiyanın regionda və regional proseslərdə üstünlüyünü möhkəmləndirmək mexanizmlərindən kimi meydana çıxmışdısa, bu gün həmin format artıq gerçəkləşdirməsinə tamamilə başqa məqsədlə cəhd göstərilir”.

Q. Əlibəyli qeyd etdi ki, son beş ildə Cənubi Qafqazın real geosiyasi mənzərəsi əsaslı şəkildə dəyişib: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və regionun aparıcı dövlətinə çevrilib, Türkiyənin regional proseslərə təsir imkanları dəfələrlə artıb, Avropa İttifaqı və ABŞ regional proseslərdə daha fəal iştirak etməyə başlayıblar. Təsir imkanlarını artırmağa çalışırlar, regionda yeni nəqliyyat kommunikasiya xətlərinin qurulması prosesi gedir. Rusiyanın ənənəvi forpostu hesab olunan Ermənistan tədricən Rusiyadan uzaqlaşır və Qərbə üz tutur. Uzun müddət özünü regionun yeganə təhlükəsizlik təminatçısı hesab edən, regional sülh prosesində alternativsiz vasitəçilik etmək istəyən Rusiyanın artıq əvvəlki geosiyasi mövqeyə malik olmadığını birmənalı şəkildə təsbit etmək olar. Başqa sözlə, Moskva bölgədə öz əvvəlki geosiyasi mövqeyini itirib və Rusiyanın regiondan tamamilə sıxışdırılıb çıxarılması prosesi, demək olar ki, final mərhələsindədir.

Belə bir şəraitdə Rusiyanın siyasəti ən azı regiondan və regional proseslərdən kənarda qalmamaq, hər hansı bir formada iştirak etmək, regional layihələrə qoşulmaq görüntüsü yaratmağa yönəlib. Bu baxımdan “3+3” plsatforması Rusiya üçün yeni təsir mexanizminə çevrilə bilər. Rusiya 3+3 platformasında israr etməklə İranla birlikdə ABŞ və Avropanı institusional baxımdan Cənubu Qafqazdan kənarda saxlamaq məqsədi güdür. Həm Rusiya və həm də İran uzun müddət regionun problemlərini region ölkələri özü həll etməlidir, region ölkəsi olmayan digər dövlətlər regional proseslərə müdaxilə etməməlidirlər prinsipindən çıxış ediblər. 3+3 formatı bu prinsipin tezisinin yeni diplomatik ifadəsidir və institusional mexanizmi, eyni zamanda kollektiv Qərbin regionda institusional iştirakını məhdudlaşdırmaq cəhdi kimi nəzərdən keçirilə bilər. İranın Cənubi Qafqaz proseslərində Rusiya ilə bir platformada iştirakı regionun tamamilə Qərbin geosiyasi məkanına keçməsinin qarşısını alan əlavə amil olmaqla yanaşı, bu prosesdə Moskva ilə Tehranın öz fəaliyyətlərini əlaqələndirmə mexanizmi ola bilər. Rusiya 3+3 platformasında israr etməklə həm də Ukraynaya təcavüzdən sonra yaranmış beynəlxalq diplomatik təcridi yumşaltmaq məqsədi güdür. Bu təcrid nəticəsində Rusiyanın bir çox beynəlxalq platformalarda iştirak imkanları həddindən artıq məhdudlaşdırılıb. Məhz buna görə də Rusiya hakimiyyəti yeni çoxtərəfli mexanizmlərə xüsusi maraq göstərir. Bu baxımdan “3+3” formatı Rusiyanın hələ də regional diplomatiyanın ayrılmaz hissəsi olduğunu nümayiş etdirmək, kollektiv Qərbə, həm də daxili auditoriyaya “Rusiya təcrid olunmayıb” mesajını verməyə çalışır. Rusiya 3+3 platformasında israrı həmçinin bir sıra digər amillərlə əlaqədardır. Bu amillər sırasına Türkiyə və Azərbaycanın artmaqda olan beynəlxalq çəkisini və “orta güc” kimi formalaşmasını, gələcək təhlükəsizlik arxitekturasının necə formalaşmasını aid etmək olar. Belə ki, Rusiya artıq Türkiyə və Azərbaycanın artmaqda olan beynəlxalq çəkisini və “orta güc” kimi formalaşmasını reallıq kimi qəbul edir və 3+3 formatında bu dövlətlərlə institusional əməkdaşlığa üstünlük verir.

Rusiyanın “3+3” platformasında israrında bölgənin yeni təhlükəsizlik arxitekturası uğrunda mübarizəsi də nəzərə alınmalıdır. Burada gələcək regional təhlükəsizlik sisteminin necə qurulacağı mühüm amil kimi nəzərdə tutulur. Regional təhlükəsizlik mexanizmlərinin “3+3” platforması çərçivəsində formalaşması Rusiyanı və İranı bu mexanizmin zəruri iştirakçılarına çevirəcək. Bu halda Rusiya və İran regional təhlükəsizlik mexanizmlərinə nəzarət rıçaqları əldə edə bilər. Təhlükəsizlik mexanizmlərinin bu platformadan kənar formalaşacağı halda Rusiyanın və İranın regiona təsir imkanları daha da azalacaq və minimuma enəcək. Beləliklə, “3+3” formatına göstərdiyi xüsusi maraq geosiyasi zərurətdən və məcburiyyətdən irəli gələn, Rusiyanın dəyişən geosiyasi reallığa uyğunlaşmaq, yeni regional düzəndə yerini itirməmək məqsədinə nail olmaq cəhdindən başqa bir şey deyildir”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ