Bazar günü günü, 20 sentyabr 2026
     

Əliyevin Makrona "14 iyul" məktubu ermənilərə böyük dərd oldu... Zəngəzur dəhlizinin buna nə dəxli var?!..

Image


Azərbaycan və Fransa arasında münasibətlər uzun illər siyasi, iqtisadi və mədəni əməkdaşlıq üzərində qurulsa da, son illərdə rəsmi Parisin mövqeyi üzündən bu əlaqələr ciddi sınaqlarla üzləşib. Xüsusilə 2020-ci il İkinci Qarabağ müharibəsindən, 2023-cü ildə Qarabağ üzərində Azərbaycanın tam nəzarəti bərpa etməsindən sonra iki ölkə arasında diplomatik gərginlik daha da artıb. Azərbaycan torpaqlarının işğalından sonrakı dövrdə Fransa erməniləri və Ermənistanı hər cəhətdən dəstəkləyib. Hətta bir sıra hərbi-mühəndis quruğularının müəllifinin Fransa olduğu da istisna edilmir. Fransa terrorçu PKK və ASALA kimi qrupların üzvlərinin Ermənistana aparılması üçün şərait yaradıb. Həmin günlərdə terrorçular Qarabağa Fransa-Suriya-İraq və Yunanıstan-İraq-Suriya marşrutu ilə daşınırdı. Beləliklə, Paris ölkəmizə qarşı qərəzli siyasət yürütməkdən, beynəlxalq hüququ pozmaqdan və qarşılıqlı etimadı zədələməkdən çəkinməyərək, Azərbaycanla münasibətlərinə ciddi xələl gətirib.

Bəllidir ki, Fransa uzun illər ərzində, ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, vasitəçi kimi tam neytral mövqe nümayiş etdirməyib. Xüsusilə Fransa rəhbərliyinin Ermənistanı açıq şəkildə dəstəkləyən bəyanatları Bakıda ciddi narazılıq yaradıb. Həmçinin Ermənistan dövləti qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini tanımadığı halda, Fransa parlamenti belə bir addım atmışdı ki, bu da Azərbaycana qarşı qərəzli siyasətin göstəricisi idi. Qarabağ münaqişəsi tarixə qovuşsa da, Fransa Ermənistana havadarlıq edən, bu fonda da Azərbaycana qarşı qərəzli mövqedən əl çəkməyib. Fransa prezidenti Emmanuel Makronun müxtəlif çıxışlarında Ermənistanın təhlükəsizliyinə xüsusi diqqət ayırması, Fransa parlamentində Azərbaycana qarşı qəbul edilən qətnamələr və Ermənistana hərbi texnika satışına dair qərarlar Parisin qərəzli siyasətinin göstəriciləridir. Azərbaycan tərəfi bildirir ki, bu cür addımlar Fransanın regionda etimad mühitinin formalaşmasına mane olur. Fransada güclü erməni icmasının mövcudluğu, onun Cənubi Qafqaz siyasəti də Parisin mövqeyinə təsir edən amillər kimi qiymətləndirilir. Amma Parisin bu siyasəti onun Cənubi Qafqazda mövqeyinə ciddi zərbə vurdu. Həm də Bakı və İrəvan arasında sülh prosesi çərçivəsində atılan addımlar Parisi pis vəziyyətdə qoydu. Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən görüşü çərçivəsində Fransa prezidenti Emmanuel Makron Azərbaycan lideri İlham Əliyevə yaxınlaşaraq, qısa təmas fonunda münasibətlərin düzəlməsində maraqlı olduğunu nümayiş etdirdi. Rəsmi Bakı heç bir ölkə, o cümlədən Fransa ilə problem yaşamaq istəmir və münasibətlərin regionda sülh və təhlükəsizliyə xidmət etməsini arzulayır. Bu fonda Fransanın milli bayramı münasibətilə İlham Əliyevin Emmanuel Makrona təbrik məktubu Azərbaycanın mövqeyini bir daha konkret şəkildə ortaya qoyur. Dövlət başçısı burada qeyd edib ki, iki liderin son telefon danışıqları və keçən il Kopenhagendə görüş zamanı Azərbaycan-Fransa gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrimizin bugünkü vəziyyəti və gələcək perspektivlərinə dair aparılan səmərəli müzakirələr dövlətlərarası münasibətlərimizin tarixində yeni dövrün başladığını söyləməyə əsas verir: “İnanıram ki, xalqlarımızın mənafeləri naminə dərin tarixi köklərə və zəngin ənənələrə malik münasibətlərimizin iqtisadi, mədəni, təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişafı üçün birgə səylərimizi bundan sonra da tərəfdaşlıq ruhunda davam etdirəcəyik”. Elə bu məktub Ermənistanda ciddi narahatlıq yaradıb. Erməni mediası iddia edir ki, Azərbaycan tərəfi TRIPP marşrutuna Fransanın mane olmaması üçün belə bir məktub göndərib. Amma nədənsə, həmin erməni mediası Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində İlham Əliyevin Fransa müstəmləkələri barədə dediklərinə toxunmağı “yaddan çıxarıb”. İlham Əliyev qeyd edib ki, Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik, müstəmləkə əsarəti və müstəmləkəçilikdən irəli gələn bərabərsizlik məsələlərini qaldıranda, iddialar səslənib ki, Azərbaycan hökuməti Fransanın daxili işlərinə qarışmaqda ittiham olunur: “Halbuki, biz belə etmirik. Çünki insan hüquqları ilə bağlı məsələlər ümumbəşəri məsələlərdir. Bakı Təşəbbüs Qrupu isə bu mövzunu qlobal gündəliyə çıxaran, bəlkə də ilk və ən səmərəli qeyri-hökumət təşkilatıdır. Uzun illər ərzində Fransanın qondarma dənizaşırı əraziləri, əslində isə faktiki müstəmləkələri təzyiqlərə məruz qalıb. Orada müxtəlif qanunsuz əməllər törədilib, o cümlədən nüvə sınaqları keçirilib. Polineziyada nə qədər nüvə sınağı keçirilib? Bəlkə 100, bəlkə 200, bəlkə də daha çox. Bunun nəticəsində çox sayda insan zərər çəkib. Çox sayda insan həyatını itirib, sağlamlığına ciddi zərər dəyib. Bakı Təşəbbüs Qrupu isə bu məsələni gündəmə gətirdiyinə görə, təəssüf ki, əsassız olaraq hansısa hibrid müharibə aparmaqda ittiham edilir. Bu tamamilə ədalətsizdir. Hesab edirəm ki, müstəqil medianın rolu çox böyük əhəmiyyət daşıyır. Məhz buna görə biz Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin müstəqilliyini, azadlığını dəstəkləyirik. Bir daha qeyd etmək istəyirəm ki, bunun Fransa ilə münasibətlərimizə heç bir aidiyyəti yoxdur”. Beləliklə, Azərbaycan Fransaya nəyə görəsə yaxınlaşmaq istəsəydi, Parisin müstəmləkəçilik siyasətini dünya meduiasının qarşısında bu şəkildə qoymazdı. İkinci bir tərəfdən, Fransa TRIPP marşrutuna heç də maneə olmaq iqtidarında deyil. Layihəni ABŞ həyata keçirir, Ermənistan da burada məmnuniyyətlə iştirak edir. Fransa üçün burada deyiləcək söz qalmayıb. Bu arada Ermənistan hökuməti ABŞ ilə TRIPP marşrutu üzrə çərçivə sazişinin ratifikasiyası haqqında qanunu təsdiqləyib. Bundan sonra Konstitusiya Məhkəməsi sazişin konstitusiyaya uyğunluğunu müzakirə edəcək və daha sonra təsdiq üçün parlamentə təqdim ediləcək.
TRIPP sazişi ABŞ dövlət katibi Marko Rubionun İrəvana qısa səfəri zamanı paraflanıb və iyunun 4-də tərəflər onu imzalayıb. Britaniyanın "The Guardian" qəzeti isə xəbər verir ki, Konstantin Sokolov TRIPP+ fondunun rəhbəri təyin olunacaq. Qəzetin yazdığına görə, ABŞ Dövlət Departamenti ötən həftə bu təyinatı təsdiqləyib. Rusiyada doğulmuş Konstantin Sokolov özəl kapital investorudur, Çikaqoda yaşayır. O, Ermənistandan keçərək Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək ticarət dəhlizi üçün 200 milyon dollardan çox vəsaitə, o cümlədən nəqliyyat, enerji infrastrukturu və əsas minerallara investisiyalara nəzarət edəcək. Qəzet qeyd edir ki, Sokolov ABŞ prezidenti Donald Trampın dəbdəbəli Ağ Ev salonunun təmiri üçün maliyyə vəsaiti ayıran 36 donordan biridir. Bu layihənin 350 milyon dollar olduğu təxmin edilir. Konstantin Sokolovun ianəsinin məbləği bəlli deyil. Sokolov Ermənistanda ən böyük telekommunikasiya operatorlarından olan “Viva Armenia”nın sahiblərindən biri kimi tanınır. “Viva Armenia” bu yaxınlarda başqa bir operator olan “Rostelecom”da da səhmlər əldə edib. Ermənistanla ABŞ-ın imzaladığı sazişə əsasən, ABŞ-Ermənistan birgə müəssisəsi yaradılacaq və o, Ermənistan-İran sərhədi boyunca inşa ediləcək dəmir və avtomobil yollarını, enerji xətlərini, eləcə də digər infrastruktur obyektlərini ən azı 49 il müddətinə idarə etmək hüququ qazanacaq. "TRIPP Development Company"nin 74 faiz payı ABŞ hökumətinə məxsus olacaq. TRIPP ilə bağlı razılaşma ötən il avqustun 8-də Vaşinqtonda əldə olunub. Həmin gün Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Həmin sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdıqları və qarşılıqlı iddiaları dayandırdıqları bəyan edilib.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ