Bazar günü günü, 20 sentyabr 2026
     

Ermənistan Zəngəzur dəhlizi sənədlərinin rəsmi ratifikasiyasına başladı...

Image


Tural İsmayılov: “Ermənistanın ratifikasiya prosesinə başlaması rəsmi Bakının irəli sürdüyü regional əməkdaşlıq konsepsiyasının praktik müstəviyə keçməsinin növbəti əlaməti kimi qiymətləndirilə bilər”

Ermənistan Nazirlər Kabinetinin 16 iyul tarixində keçirilən iclasında İrəvan və ABŞ arasında "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP, Zəngəzur dəhlizi) layihəsi üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsini təsdiqləyib.

Bundan sonra Ermənistan hökuməti TRIPP layihəsi üzrə beynəlxalq müqavilədə təsbit olunmuş öhdəliklərin Konstitusiyaya uyğunluğunu müəyyən etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Əgər Konstitusiya Məhkəməsi beynəlxalq müqavilədə təsbit olunmuş öhdəliklərin Konstitusiyaya uyğun olduğuna qərar verərsə, Hökumətin qanunvericilik təşəbbüsü müəyyən edilmiş qaydada təsdiq üçün parlamentə təqdim ediləcək.

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Konstitusiya Məhkəməsində Nazirlər Kabinetinin nümayəndəsi təyin edilib və "Konstitusiya Məhkəməsi haqqında" konstitusiya qanunu ilə partiyaya verilən bütün hüquqlara malikdir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan layihə sənədləşdirmə prosesini başa çatdırmaq üçün səhmdar müqaviləsi və layihəni həyata keçirəcək şirkətin nizamnaməsinin imzalanmalı olduğunu açıqlayıb.

Onun sözlərinə görə, Ermənistan və ABŞ Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarını inkişaf etdirməyi, nəqliyyat infrastrukturunu, qlobal və regional ticarəti inkişaf etdirməyi, eləcə də regionda bərqərar olmuş sülhü möhkəmləndirməyi hədəfləyirlər.

O əlavə edib ki, layihə sərhəd nəzarəti məsələlərində də daxil olmaqla, Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına tam hörmətlə həyata keçirilir.

A.Mirzoyan qeyd edib, layihə ABŞ və Ermənistanın müxtəlif yerlərində fərdi layihələr həyata keçirmək üçün müxtəlif tərəfdaşları cəlb edə biləcək bir şirkət yaratmasını nəzərdə tutur.

"Layihənin 49 illik icra müddəti bitdikdən sonra tərəflər onu eyni müddətə uzada biləcəklər. Bu halda, Ermənistanın şirkətdəki payı 26%-dən 49%-ə qədər artacaq", - Mirzoyan qeyd edib.

O, TRIPP layihəsinə xidmət göstərmək üçün "TRIPP+" şirkətinin yaradıldığını vurğuladı. Onun sözlərinə görə, "TRIPP+" TRIPP layihəsinə investisiya cəlb etməkdən məsul olacaq.

Ermənistan TRİPP marşrutu üzrə sazişlərin rəsmi ratifikasiyasına başladı. Ermənistan Nazirlər Kabinetinin iclasında layihə təsdiqlənib, sonra Konstitusiya Məhkəməsinə, daha sonra isə parlamentə çıxarılacaq.

Politoloq Tural İsmayılov məsələ ilə əlaqədar baki-xeber.com-a bildirdi ki, Ermənistanın TRİPP marşrutu üzrə sazişlərin ratifikasiyasına başlaması Cənubi Qafqazda yeni geosiyasi mərhələnin formalaşdığını göstərən mühüm siyasi siqnaldır. “Bu addım onu göstərir ki, uzun müddət siyasi bəyanatlar səviyyəsində qalan nəqliyyat-kommunikasiya gündəliyi artıq hüquqi və institusional müstəviyə keçirilir. Ratifikasiya prosesinin hökumət, Konstitusiya Məhkəməsi və parlament mərhələlərindən keçməsi Ermənistanın bu təşəbbüsə dövlət səviyyəsində hüquqi legitimlik qazandırmaq niyyətini ortaya qoyur”.

T.İsmayılov qeyd etdi ki, Azərbaycan uzun illərdir regionda kommunikasiyaların açılmasının, qarşılıqlı iqtisadi asılılığın və nəqliyyat inteqrasiyasının dayanıqlı sülhün əsas şərtlərindən biri olduğunu vurğulayırdı. “Bu baxımdan, Ermənistanın ratifikasiya prosesinə başlaması rəsmi Bakının irəli sürdüyü regional əməkdaşlıq konsepsiyasının praktik müstəviyə keçməsinin növbəti əlaməti kimi qiymətləndirilə bilər. Əlbəttə, hüquqi prosedurun başlanması hələ layihənin tam reallaşması demək deyil. Qarşıda siyasi iradənin davamlılığı, texniki detalların razılaşdırılması və öhdəliklərin icrası kimi mühüm mərhələlər qalır.

TRİPP marşrutu təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Avrasiya məkanında yükdaşımaların diversifikasiyası baxımından strateji əhəmiyyət daşıyır. Bu marşrutun işlək hala gəlməsi Orta Dəhlizin imkanlarını genişləndirə, Cənubi Qafqazı qlobal logistika zəncirinin daha mühüm həlqəsinə çevirə bilər. Bu isə regionun geoiqtisadi çəkisini artırmaqla yanaşı, siyasi sabitliyə də əlavə stimul verə bilər”.

T.İsmayılovun fikrincə, digər mühüm məqam ondan ibarətdir ki, Ermənistan ilk dəfədir regional nəqliyyat layihələrinə münasibətdə daha praqmatik yanaşma nümayiş etdirməyə çalışır. “Əgər bu kurs daxili siyasi mübarizənin təsiri altında dəyişməzsə, İrəvan həm iqtisadi baxımdan yeni imkanlar əldə edə, həm də uzun illər davam edən nəqliyyat təcridini mərhələli şəkildə aradan qaldıra bilər.

Nəticə etibarilə, sazişlərin ratifikasiyasına başlanması müsbət siyasi siqnal sayılsa da, əsas qiymətləndirmə hüquqi prosedurlar başa çatdıqdan və əldə olunan razılaşmalar real icra mərhələsinə keçdikdən sonra verilə bilər. Regionun gələcəyi artıq bəyanatlardan deyil, imzalanan sənədlərin ardıcıl və vicdanlı icrasından asılı olacaq. Bu baxımdan, Ermənistanın atdığı addım diqqətlə izlənilməli, eyni zamanda praktik nəticələr əsasında qiymətləndirilməlidir”-deyə T.İsmayılov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ