Bazar günü günü, 20 sentyabr 2026
     

Əliyevdən əbədi müharibə tezisi - düşmənlərimiz heç vaxt bizdən əl çəkməyəcəklər...

Image


Bəhruz Quliyev: “Prezidentin mesajı o deməkdir ki, dövlətlər üçün təhlükəsizlik heç vaxt birdəfəlik əldə olunan nəticə deyil”

Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev dünyanın dəyişdiyini, yeni təhdidlərin və təxribatların ortaya çıxdığını bildirib:

“Amma biz gələcəyə baxmalıyıq. Dünya dəyişir və bu barədə də danışmışıq. Yeni təhdidlər, yeni təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq, heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır - mübarizə öz hüquqlarımızı qorumaq üçün, mübarizə öz milli kimliyimizi qorumaq üçün, öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçün. Bir çox misallar var ki, bəzi ölkələr, onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu, onları qoruyacaq. Amma nəticə etibarilə olurlar qurban. Böyük oyunların qurbanları”.

Bir sözlə, Prezident demək istədi ki, düşmənlərimiz heç vaxt bizdən əl çəkməyəcəklər və biz hər zaman təhdidlərə hazır olmalıyıq.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyevin fikrincə, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər təkcə bugünkü geosiyasi vəziyyətin təhlili deyil: “Bu, həm də Azərbaycanın gələcək təhlükəsizlik strategiyasının əsas konturlarını müəyyənləşdirən mühüm siyasi mesajdır. Dövlət başçısının “əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq, heç vaxt olmayacaq” sözləri emosional çağırış deyil, beynəlxalq münasibətlər sisteminin reallıqlarına söykənən siyasi xəbərdarlıqdır. Müasir dünya əvvəlki dünya deyil. Güclər nisbəti dəyişir, yeni siyasi ittifaqlar yaranır, iqtisadi rəqabət daha da sərtləşir, informasiya müharibələri isə klassik müharibələrin ayrılmaz hissəsinə çevrilib. Belə bir şəraitdə Azərbaycanın müstəqil siyasəti, artan nüfuzu, enerji və nəqliyyat layihələrindəki strateji mövqeyi, eləcə də Cənubi Qafqazda yaratdığı yeni reallıqlar təbii olaraq ölkəmizi istəməyən dairələrin də diqqət mərkəzində saxlayır. Prezidentin əsas mesajı ondan ibarətdir ki, dövlətlər üçün təhlükəsizlik heç vaxt birdəfəlik əldə olunan nəticə deyil. Onu hər gün qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək lazımdır. Müstəqillik də, suverenlik də, milli kimlik də daim müdafiə tələb edən dəyərlərdir. Tarix göstərir ki, zəifləyən, ayıq-sayıqlığını itirən dövlətlər xarici təsirlərin və geosiyasi oyunların qurbanına çevrilirlər”.

Politoloq onu da qeyd etdi ki, dövlət başçısının "kiminsə qanadının altına sığınanlar sonda böyük oyunların qurbanı olurlar" fikri də təsadüfi deyildi: “Bu, Azərbaycanın uzun illər ərzində seçdiyi müstəqil xarici siyasət kursunun doğruluğunun növbəti təsdiqidir. Azərbaycan heç bir güc mərkəzinin alətinə çevrilmədən, yalnız milli maraqlarını rəhbər tutaraq siyasət yürüdür. Məhz bu siyasət ölkəmizə həm siyasi sabitlik, həm də beynəlxalq etimad qazandırıb. Hesab edirəm ki, bu çıxışda medianın üzərinə düşən missiya da xüsusi vurğulanır. Bu gün təhdidlər yalnız hərbi xarakter daşımır. Dezinformasiya, saxta xəbərlər, ictimai rəyi manipulyasiya etməyə yönəlmiş informasiya hücumları da milli təhlükəsizliyin tərkib hissəsinə çevrilib. Ona görə də həqiqətin müdafiəsi, cəmiyyətin düzgün məlumatlandırılması və milli maraqların informasiya müstəvisində qorunması medianın strateji vəzifələrindəndir.

Prezident İlham Əliyevin Şuşadan verdiyi mesajın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan arxayınlaşmamalıdır. Qarabağda əldə olunan tarixi Zəfər yeni mərhələnin başlanğıcıdır. Bu mərhələdə əsas vəzifə dövlətçiliyi daha da möhkəmləndirmək, milli birliyi qorumaq, iqtisadi gücü artırmaq, güclü ordu saxlamaq və informasiya təhlükəsizliyini təmin etməkdir. Bəli, Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr bundan sonra da müxtəlif vasitələrlə təzyiq göstərməyə çalışacaqlar. Lakin Prezidentin də vurğuladığı kimi, milli həmrəylik, güclü dövlət idarəçiliyi, müstəqil siyasət və ayıq-sayıqlıq olduğu müddətdə heç bir xarici təhdid Azərbaycanın inkişaf yolunu dəyişə bilməz. Şuşadan səslənən bu mesaj həm cəmiyyətə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan aydın siyasi bəyanatdır. Bu o deməkdir ki, Azərbaycan öz müstəqilliyini, milli kimliyini və suverenliyini qorumaq əzmindədir və bu mübarizə davamlı xarakter daşıyacaq”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ