Bazar günü günü, 20 sentyabr 2026
     

Slovakiya Avropada Azərbaycanın əsas tərəfdaşlarından birinə çevrilir…

Image


Münasibətlərin inkişafı hər bir dövlətin xarici siyasətində qarşılıqlı etimad və ortaq maraqların göstəricisidir. Azərbaycan müstəqil xarici siyasət kursu çərçivəsində Avropa ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Bu baxımdan Slovakiya ilə münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan mühüm sənədlər, iqtisadi və enerji sahəsində əməkdaşlığın genişlənməsi Bakı ilə Bratislava arasında münasibətlərin perspektivlərinin kifayət qədər geniş olduğunu göstərir.

Slovakiya prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ikitərəfli tərəfdaşlığı inkişaf etdirmək baxımından yeni imkanlar yaradır. Bu səfərə Peter Pelleqrini Slovakiya üçün yeni imkanlar yaratmaq fürsəti kimi baxır: "Ölkələrimiz möhkəm münasibətlər qurub. Bu səfər bu etimadı energetika, ticarət və investisiya sahələrində daha sıx əməkdaşlığa çevirmək üçün bir fürsətdir". Azərbaycan və Slovakiya arasında diplomatik münasibətlər uzun illər əvvəl qurulsa da, son dövrdə əlaqələrin inkişaf tempi əhəmiyyətli dərəcədə sürətlənib. Xüsusilə dövlət və hökumət başçıları arasında keçirilən görüşlər iki ölkənin münasibətlərə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə münasibətlərin hüquqi və siyasi bazasını daha da möhkəmləndirərək əməkdaşlığın yeni mərhələsini formalaşdırıb. Siyasi dialoqun intensivləşməsi iqtisadi əməkdaşlıq üçün də əlverişli şərait yaradıb. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkələrdən biridir. Slovakiya isə enerji mənbələrinin şaxələndirilməsində Azərbaycanın etibarlı tərəfdaş kimi əhəmiyyətini yüksək qiymətləndirir. Cənub Qaz Dəhlizi və digər regional enerji layihələri Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu baxımdan Azərbaycan ilə Slovakiya arasında enerji sahəsində əməkdaşlığın daha da genişlənməsi hər iki ölkənin maraqlarına cavab verir. İki ölkə arasında nəqliyyat və logistika sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Azərbaycanın Şərqlə Qərbi birləşdirən mühüm tranzit ölkəsi kimi mövqeyi Slovakiya üçün də iqtisadi baxımdan cəlbedicidir. Orta Dəhliz üzrə yükdaşımaların artması Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsinə xidmət edir. Slovakiya şirkətlərinin Azərbaycanın nəqliyyat və sənaye layihələrində iştirakı gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri hesab olunur. Münasibətlərin inkişafında parlament diplomatiyası da mühüm rol oynayır. Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları siyasi dialoqun davamlılığını təmin edir, qarşılıqlı səfərlər və təcrübə mübadiləsi isə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Humanitar sahədə əməkdaşlıq, elm, təhsil, mədəniyyət və turizm istiqamətlərində həyata keçirilən layihələr xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir. Azərbaycanın yaşıl enerji strategiyası Slovakiya üçün də maraq doğuran istiqamətlərdəndir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpaolunan enerji layihələri Avropa ölkələrinin diqqət mərkəzindədir. Slovakiya şirkətlərinin bu sahədə mümkün iştirakı gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bununla yanaşı, rəqəmsallaşma, innovasiya, sənaye və yüksək texnologiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi də gündəmdədir. Azərbaycan ilə Slovakiya beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı davam etdirirlər. Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi iki ölkənin münasibətlərində mühüm prinsip kimi çıxış edir. Qarşılıqlı etimad və konstruktiv dialoq əməkdaşlığın uzunmüddətli inkişafına zəmin yaradır. Son illərdə prezidentlər və hökumət nümayəndələri arasında keçirilən görüşlər göstərir ki, Bakı-Bratislava münasibətləri artıq yalnız diplomatik əlaqələrlə məhdudlaşmır. Enerji, nəqliyyat, investisiya, müdafiə sənayesi, kənd təsərrüfatı, informasiya texnologiyaları və humanitar sahələrdə konkret layihələrin həyata keçirilməsi strateji tərəfdaşlığın real məzmun qazandığını nümayiş etdirir.
Mövcud dinamika onu deməyə əsas verir ki, Azərbaycan–Slovakiya münasibətləri gələcək illərdə daha da inkişaf edəcək. Avropanın enerji təhlükəsizliyi, regional nəqliyyat marşrutlarının inkişafı və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ortaq maraqlar tərəfləri bir-birinə daha da yaxınlaşdırır. Qarşılıqlı siyasi iradə, etibarlı tərəfdaşlıq və imzalanmış sənədlərin praktiki icrası iki ölkə arasında münasibətlərin strateji xarakterini daha da möhkəmləndirəcək. Azərbaycan və Slovakiya arasında münasibətlər artıq klassik diplomatik əlaqələr çərçivəsini aşaraq çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilməkdədir. Bu əməkdaşlıq həm ikitərəfli münasibətlərin inkişafına, həm də Avropa ilə Cənubi Qafqaz arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Mövcud siyasi dialoq, qarşılıqlı etimad və ortaq maraqlar gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinə və tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişafına möhkəm zəmin yaradır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ