ABŞ Prezidenti Donald Tramp Konqresə İranda hərbi əməliyyatların yenidən başlaması barədə rəsmi olaraq məlumat verib. Bu barədə məktub 10 iyulda ABŞ Konqres liderlərinə göndərilib və 13 iyul bazar ertəsi günü The New York Times (NYT) tərəfindən əldə edilib.
Məktubda Ağ Ev rəhbəri bildirib ki, 7 iyulda ABŞ qüvvələri "İran daxilindəki hədəflərə müdafiə zərbələri endirib". Bundan əlavə, ABŞ qüvvələri İranın dəniz obyektinə hücumda pilotsuz gəmilərdən istifadə edib. CENTCOM-un dəqiqləşdirməsinə görə, onlar dəniz dronlarından istifadə edərək ilk hücum əməliyyatını həyata keçiriblər. Mərkəzi Komandanlıq 12 iyulda Bəndər Abbasdakı dəniz bazasına edilən hücumda üç pilotsuz gəmidən istifadə edildiyini bildirib.
SAMİRƏ