CHP Başqanlığı vəzifəsinə məhkəmənin “mütləq etibarsızlıq (mutlak butlan)” qərarı ilə gətirilən Kemal Kılıçdaroğlunun “saxta faktura” adlandırdığı 18 milyon lirəlik faktura iddiasının, əslində səhvən edilən bir redaktə xətasından qaynaqlandığı irəli sürülüb.
Malatya Battalgazi qəzetinin sahibi Erdal Öztürk bildirib ki, faktiki ödəniş məbləği 18 milyon lirə deyil, 18 min lirə olub. O, bu iddialara görə hüquq-mühafizə orqanlarına cinayət işi başlanması tələbi ilə müraciət edəcəyini açıqlayıb.
Xəbərdə deyilir ki, CHP-nin Malatya İl Başkanlığına təyin edilən Hakan Satılmışın yerli bir qəzetə ƏDV (KDV) daxil olmaqla 18 milyon lirə məbləğində faktura kəsdiyini iddia etməsindən sonra mübahisələr böyümüşdü. Kemal Kılıçdaroğlu da qatıldığı televiziya proqramında həmin fakturanı “saxta (naylon) faktura” adlandırmış və partiya daxilində bu cür hallara yol verməyəcəklərini bildirmişdi. Lakin fakturanı tərtib edən qəzetin sahibi Erdal Öztürk iddiaların həqiqəti əks etdirmədiyini, bunun redaktə xətası olduğunu bildirib.
SAMİRƏ