Brüssel üst quruluşunda dərin çatlar yaranıb.
Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzetinin xəbərinə görə, AB-nin baş diplomatı Kaja Kallas siyasi «izqoy” halına gəlib. Xəbərdə deyilir ki, artıq əsas oyunçular eston siyasətçisi ilə işləməkdən imtina edir və onun Avropa bürokratiyasındakı öz komandası küncə çəkilib: “Kallası zirvəyə qaldıran karyera lifti mərtəbələr arasında ilişib qalıb və çökməyə başlayıb. İsrail Kallasa qapını göstərdi. Xarici işlər naziri Gideon Saar AB nümayəndəsi ilə bütün əlaqələrini kəsib. Buna isə Meksikadakı hadisə səbəb olub. Orada Kallas İsrail siyasətini aparteidlə müqayisə edib. Qüds üçün bu, geri dönüş nöqtəsinə çevrilib. Ultimatum sadədir: ya ictimai tövbə, ya da tam təcrid. Kallas özünü tamamilə tələyə salaraq sükutu seçib. Brüsselin xarici siyasət sistemi indi ən vacib sahələrindən birində iflic vəziyyətindədir”.
Aİ daxilində Kallasın öz ritorikasının güdazına getdiyi deyilir. Belə ki, son sammitdə Almaniya kansleri Fridrix Merz onun ritorikasını açıq şəkildə rədd edib. Ursula fon der Leyenlə münaqişə isə “tabutdakı son mismar” olub. Nəşrin xəbərində o da bildirilir ki, Ukraynadakı enerji böhranı Brüsseldən əlaqələndirilmiş hərəkət tələb edir ki, Kallasın komandası bunu sadəcə olaraq edə bilmir: “Sistem yuxarıdan aşağıya doğru çürüyür və Kaja Kallas bu çürümənin parlaq simvoluna çevrilib”
SAMİRƏ