Moskvada Rusiya prezidenti Vladimir Putinin qızı Yekaterina Tixonovanın rəhbərlik etdiyi Elmi İnkişaf Fondunun binasının yaxınlığında yeni zenit-raket sistemi qurulur.
Bu barədə Azad Avropa Radiosu (RFE/RL) xəbər verir. Xəbərə görə, Radionun Rus Xidməti İnnopraktika Fondunun qərargahının ərazisində Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi beton platformanın tikildiyini aşkar edib. 1,7 milyard dollarlıq dövlət dəstəyi ilə fəaliyyət göstərən bu fondun rəhbəri Putinin kiçik qızı Katerina Tixonovadır.
SAMİRƏ