Məhkəmə qərarı ilə CHP rəhbərliyinə gətirilən Kamal Kılıçdaroğludan yeni bir həmlə gəlib - CHP-nin seçilmiş sədri Özgür Özəlin Türkiyə Böyük Millət Məclisində fraksiya sədri statusunun ləğv edilməsi üçün Məclis Sədrliyinə müraciət edilib.
Bu barədə Sözcü qəzetinin xəbərində deyilir. Bildirilir ki, Özəlin yerinə Tekirdağ millət vəkili Faiq Öztrakın təyin edilməsi istənilib.
Xəbərdə o da bildirilir ki, sədrin fraksiya üzvlərinin səsverməsi ilə seçilməsi tələb olunsa da bu qaydaya əməl olunmayıb. Üstəlik, qurultayın çağırılması üçün toplanmış 830 imza ilə bağlı nəzərdə tutulmuş 10 günlük müddət bitsə də, qurultayın keçerilməsi yönündə heç bir addım atılmayıb. Parlamentdən hələlik rəsmi cavab gəlməsə də, daha öncə oxşar müraciətə “öz işinizdir, partiya daxilində həll edin” cavabı verildiyi bildirilir. SAMİRƏ