Azərbaycanla hər zaman bir ürək, bir yumruq olacağıq. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə yaydığı paylaşımında bildirilib.
Qardaş ölkənin müdafiə qurumu Azərbaycan Silahlı Qüvvələrini yaradılmasının 108-ci ildönümü münasibətilə təbrik edib.
“Qardaş Azərbaycanın təhlükəsizliyi və əmin-amanlığının keşiyində gecə-gündüz dayanan qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq”, – deyə paylaşımda qeyd olunub.
ZÜMRÜD