çərşənbə günü, 07 oktyabr 2026
     

Xamneyi ABŞ-İran sazişində 8-ci bəndin əleyhinədir - "Nüvə ləğv oluna bilməz"...

Image


Bəhruz Quliyev: "İran hakimiyyəti daxilində ABŞ-la münasibətlərin gələcəyi barədə vahid mövqe formalaşmayıb"

İddialara görə, İran və ABŞ nümayəndələri arasında İsveçrədə aparılan danışıqlar İran daxilində ciddi siyasi mübahisələrə səbəb olub. İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini Mahmud Nəbavian dövlət televiziyasında çıxışı zamanı ali lider Müctəba Xamenei tərəfindən göndərildiyi iddia edilən məxfi məktublardan danışıb. O, danışıqlar heyətinin müəyyən edilmiş "qırmızı xətlər"i pozduğunu iddia edib. Çıxış zamanı canlı yayımın qəfil dayandırıldığı və sonradan televiziya rəhbərliyində istefanın baş verdiyi bildirilir.

Nəbavianın sözlərinə görə, danışıqlar heyətinə 11 ciddi şərt qoyulub. Bu şərtlər arasında:

- İranın Hörmüz boğazı üzərində təsirinin qorunması,

- Uran zənginləşdirmə hüququnun saxlanılması,

- Sanksiyaların tam ləğvi,

- Dondurulmuş İran aktivlərinin sərbəst buraxılması kimi tələblər yer alıb.

İddia olunur ki, Müctəba Xameneyi prezident Məsud Pezeşkiana məktub göndərərək, danışıqların gedişi ilə bağlı narazılığını ifadə edib. Danışıqlar qrupunun rəhbəri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Ərakçi isə bu iddiaları əsassız və təhrif olunmuş məlumat adlandıraraq təkzib ediblər.

İranın ABŞ-la imzaladığı memorandumun 8-ci maddəsində göstərilir ki, Tehran hakimiyyəti uranın zənginləşdirilməsindən əl cəkməli, zənginləşdirilmiş uranı isə durulaşdıraraq ləğv etməlidir. Belədə isə İranın uranı zənginləşdirmə hüququ danışıqlarda "qırmızı xətt" kimi təqdim edilirsə, bu məsələ üzrə Tehranla Vaşinqton arasında kompromis əldə olunması nə dərəcədə real görünür?

"İran və ABŞ arasında aparılan danışıqlarla bağlı son günlər İran daxilində səslənən iddialar, xüsusilə də parlamentin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini Mahmud Nəbavianın açıqlamaları İran siyasi elitasında ciddi fikir ayrılıqlarının mövcud olduğunu göstərir. Nəbavianın dövlət televiziyasında səsləndirdiyi iddiaların ardından yayımın dayandırılması və məsələ ətrafında yaranan müzakirələr onu deməyə əsas verir ki, İran hakimiyyəti daxilində ABŞ-la münasibətlərin gələcəyi barədə vahid mövqe formalaşmayıb. Bununla yanaşı, İran rəsmiləri və danışıqlar heyətinin üzvləri həmin məlumatları təkzib edir və onları təhrif olunmuş məlumatlar kimi qiymətləndirirlər". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru siyasi şərhçi Bəhruz Quliyev deyib.

Ekspert bildirib ki, məsələnin əsas mahiyyəti isə uranın zənginləşdirilməsi hüququ ətrafında cəmləşir. İran üçün bu məsələ təkcə nüvə proqramı deyil, həm də milli suverenlik, texnoloji inkişaf və beynəlxalq nüfuz məsələsidir. Tehran uzun illərdir bildirir ki, nüvə proqramı dinc məqsədlər daşıyır və ölkənin uranı zənginləşdirmək hüququ beynəlxalq hüquq çərçivəsində tanınmalıdır. ABŞ isə nüvə silahının əldə edilməsi riskini minimuma endirmək məqsədilə bu fəaliyyətin ciddi şəkildə məhdudlaşdırılmasını tələb edir.

Bu səbəbdən uranın zənginləşdirilməsi İran üçün "qırmızı xətt" hesab olunursa, Vaşinqton üçün isə onun yüksək səviyyədə davam etdirilməsi qəbuledilməz sayılır. Deməli, tərəflər arasında ziddiyyət danışıqların mərkəzində dayanır. Buna baxmayaraq, beynəlxalq təcrübə göstərir ki, kompromis tam imtina deyil, qarşılıqlı güzəştlər əsasında qurulur.

"Hesab edirəm ki, Tehran və Vaşinqton arasında müəyyən kompromis variantlarının ortaya çıxması mümkündür. Belə ki, İran uranın zənginləşdirmə hüququnu formal olaraq saxlayaraq onun səviyyəsinə, həcminə və beynəlxalq nəzarət mexanizmlərinə razılıq verə bilər. ABŞ isə öz növbəsində sanksiyaların mərhələli şəkildə yumşaldılması və ya müəyyən iqtisadi məhdudiyyətlərin aradan qaldırılması istiqamətində addımlar ata bilər. 2015-ci il nüvə sazişi də məhz belə qarşılıqlı güzəştlər nəticəsində əldə olunmuşdu.

Lakin bugünkü şərait əvvəlki dövrlə müqayisədə daha mürəkkəbdir. Yaxın Şərqdə geosiyasi vəziyyət, İran daxilində müxtəlif siyasi qruplar arasında fikir ayrılıqları, İsrail amili və ABŞ-ın regional təhlükəsizlik strategiyası kompromisin əldə olunmasını çətinləşdirən amillərdir. Son hadisələr göstərir ki, İran daxilində danışıqların tərəfdarları ilə əleyhdarları arasında mübarizə davam edir və bu daxili siyasi mübarizə danışıqlar prosesinin taleyinə birbaşa təsir göstərə bilər.

Bununla belə, həm İran iqtisadiyyatının üzləşdiyi çətinliklər, həm də ABŞ-ın regionda yeni gərginlik ocaqlarının yaranmasında maraqlı olmaması tərəfləri dialoqu davam etdirməyə sövq edir. Ona görə də, yaxın perspektivdə tam razılaşma əldə olunmasa belə, müəyyən texniki və mərhələli kompromis variantlarının gündəmdə qalacağı daha real görünür.

Bu gün əsas sual İranın uranı zənginləşdirmək hüququndan imtina edib-etməyəcəyi deyil. Əsas məsələ həmin hüququn hansı çərçivələrdə həyata keçiriləcəyi və bunun qarşılığında Tehranın hansı iqtisadi və siyasi dividendləri əldə edəcəyidir. Məhz bu balans tapılarsa, Tehranla Vaşinqton arasında yeni razılaşmanın əldə olunması mümkündür. Əks halda, danışıqlar ətrafında müşahidə olunan daxili və xarici təzyiqlər növbəti dəfə prosesi dalana dirəyə bilər"- deyə B.Quliyev əlavə edib.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:22
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ