çərşənbə günü, 07 oktyabr 2026
     

Qərbi Azərbaycana qayıdış mövzusu Bakı-İrəvan sülh prosesinə daxil edilə bilər...

Image


Məlum olduğu kimi, ABŞ Konqresində keçirilən "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: İkili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfransın iştirakçıları Konqres üzvlərinə müraciət ünvanlayıblar. Müraciətdə beynəlxalq hüququn norma və prinsiplərinin qərəzsiz, ardıcıl və ayrıseçkiliyə yol verilmədən tətbiq edilməsinin vacibliyi vurğulanıb.

Sənəd müəllifləri, xüsusilə Qərbi azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtmaq hüququnun təmin edilməsinə çağırıblar. Konfrans iştirakçıları beynəlxalq ictimaiyyətin Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına dəstək verməsi, onların mülkiyyət hüquqlarının bərpası və mədəni irsinin qorunmasına yardım göstərməsi ilə bağlı gözləntilərini ifadə ediblər. Müraciətdə qeyd olunub ki, qayıdış hüququ beynəlxalq hüququn fundamental prinsiplərindən biridir və bu hüququn təmin olunması selektiv yanaşmalardan kənar həyata keçirilməlidir. Sənəddə ABŞ Konqresi üzvləri Qərbi azərbaycanlıların üzləşdiyi problemlərə və onların qayıdış hüququ ilə bağlı səsləndirilən faktlara ciddi diqqət yetirməyə çağırılıb. Konqres üzvlərindən bu məsələ ilə bağlı dinləmələr, brifinqlər və məsləhətləşmələr təşkil etmələri, aidiyyəti icmalarla birbaşa dialoqu təşviq etmələri və insan hüquqları prinsiplərinin ardıcıl tətbiqinə dəstək vermələri xahiş olunub. Müraciətdə, həmçinin siqh icmasının hüquqları, eləcə də Aruba, Kurasao, Sent-Martin, Sint Eustatius və Saba xalqlarının öz müqəddəratını təyinetmə hüququ ilə bağlı məsələlərə toxunulub. Konfrans iştirakçıları müraciətdə qaldırılan məsələlərin ABŞ Konqresində müzakirəyə çıxarılmasını xahiş edərək, xüsusilə Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunması istiqamətində beynəlxalq dəstəyin gücləndirilməsinə çağırıblar. Onlar Konqres üzvlərinin bu məsələlərlə bağlı cavab və dəstəyini gözlədiklərini bildiriblər. Xatırladaq ki, Vaşinqtonda Konqres binasında "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfrans keçirilib. Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə baş tutan konfrans azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair ABŞ Konqresində keçirilən ilk belə tədbirdir. Bununla yanaşı, Bakıda Qərbi Azərbaycan İcmasının (QAİ) təşəbbüsü ilə Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş "Qərbi Azərbaycana qayıdış: Tarixi ədalətin bərpası və insan hüquqları" adlı tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, Qərbi Azərbaycan məsələsi təkcə tarixi ədalətin bərpası deyil, həm də beynəlxalq hüquqla tanınan fundamental insan hüquqlarının təmin olunması məsələsidir. Sonda vurğulanıb ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında müəyyən edilmiş məqsədlərin həyata keçirilməsi tarixi ədalətin bərpasına, soydaşlarımızın doğma yurdlarına qovuşmasına və regionda davamlı sülhün möhkəmlənməsinə xidmət edəcək. Milli Məclisin deputatı Rizvan Nəbiyev qeyd edir ki, Qərbi azərbaycanlıların qayıdış məsələsi artıq hüquqi müstəvidə irəliləyir. Onun sözlərinə görə, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdış məsələsi uzun müddət əsasən humanitar aspektdə müzakirə olunub: "Artıq qayıdışın hüquqi baxımdan həlli istiqamətində BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasında çoxsaylı sənədlər yayılıb, həmçinin parlament diplomatiyası, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində müvafiq sənədlər qəbul olunub. Qərbi azərbaycanlıların deportasiyasından və Ermənistan müstəqillik əldə etdikdən sonra onlara vətəndaşlıq hüququ verilib". R.Nəbiyev bildirib ki, 1998-ci ildə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanun qəbul edilərkən Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülən təşəbbüsə əsasən, Azərbaycan vətəndaşlığını alan və 1988–1992-ci illərdə ölkəyə qaçqın kimi gələn şəxslərin öz tarixi torpaqlarına qayıtmaq hüququ qorunub saxlanılıb: "Məsələnin mürəkkəb tərəflərindən biri Ermənistan cəmiyyətində qayıdacaq azərbaycanlıların təhlükəsiz yaşayışının təmin edilməsidir. Çünki uzun illər ərzində azərbaycanlılara qarşı düşmən obrazı formalaşdırılıb və aparılan araşdırmalar bunun əsas səbəblərindən birinin Ermənistanın təhsil sistemində istifadə olunan dərsliklər olduğunu göstərir. Həmin dərsliklərdə uzun müddət kollektiv düşmən obrazının yaradılması bu gün də öz təsirini göstərməkdədir".

Bütün bunlar artıq Ermənistanda ciddi narahatlıq yaradıb və siyasi çəkişmə predmetinə çevrilib. Müxalif "Güclü Ermənistan" blokundan Marianna Kaqramanyan qeyd edir ki, Ermənistan hökuməti Azərbaycanla sülhdən danışarkən, rəsmi Bakı beynəlxalq ictimaiyyətdə antierməni düşüncələrini gücləndirir: "Bakı Təşəbbüs Qrupu Vaşinqtonda ABŞ Konqresində forum keçirib və forumda "Qərbi Azərbaycanlıların qayıdışı" və "onların öz müqəddəratını təyin etmək hüququ" məsələsi təqdim olunub. Bu, Azərbaycan tərəfindən daha bir anti-erməni tədbiridir. Nəzərə alın ki, Ermənistan "etnik təmizləmə"də ittiham olunur. Xüsusilə qeyd olunur ki, Ermənistan 20-ci əsrdə "Qərbi Azərbaycanlıların etnik təmizləməsi"ni həyata keçirib". Kaqramanyan qeyd edib ki, bu, sadəcə akademik və ya hüquqi müzakirə deyil, rəsmi Bakının Ermənistana qarşı apardığı növbəti informasiya və siyasi kampaniyadır: “Ölkəni soyqırımda ittiham etmək və beynəlxalq ictimaiyyətdə antierməni əhval-ruhiyyəsini artırmaq prosesi gedir. Bundan əlavə, müxtəlif diplomatik səviyyələrdə onlar rəsmi Bakının Ermənistanın suveren əraziləri ilə bağlı ambisiyalarını təqdim edəcək və respublikanın tarixi, mədəni və hüquqi əsaslarını şübhə altına alacaqlar. Bu, hökumətin sülh gündəliyinin əslində bir illüziya olduğunu bir daha təsdiqləyən daha bir həyəcanverici xəbərdir. Ermənistanın tarixini unudan hakim Vətəndaş Müqaviləsi Partiyasının buna necə reaksiya verəcəyini görmək maraqlı olacaq”. "Güclü Ermənistan" blokunun idarə heyətinin üzvü Narek Karapetyan da Bakının siyasətinə münasibət bildirib və Ermənistan hakimiyyətinin bəyanatları ilə Azərbaycanın atdığı addımlar arasında uyğunsuzluq olduğunu iddia edib: "Ermənistan hakimiyyəti keçmişdən imtina edir, erməni xalqını problemin biz olduğuna inandırır və məhz buna görə də bizə hücum edilib. Bu arada, Azərbaycan hökuməti yeni bir keçmiş uydurur və bütün dünyanı ölkəmizə qarşı gələcək tələblərinə hazırlayır". Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan isə bildirir ki, ermənilərin Qarabağa qayıtmasını azərbaycanlıların Ermənistana qayıtması ilə eyniləşdirmək Paşinyan hökumətinin etdiyi ən ciddi səhvdir: "Bu, Azərbaycanın Ermənistanda azərbaycanlıların yenidən məskunlaşdırılması ideyasını fəal şəkildə təbliğ etməsi fonunda baş verib. ABŞ və digər Avropa ölkələri də daxil olmaqla, azərbaycanlıların bəyanatlarına və hərəkətlərinə cavab verin. Bütün bunlar ciddi təhlükə yaradır. Belə bir sualın mövcud olmadığı və müxalifətin sadəcə fərziyyəsi olduğu barədə söhbətlər doğru deyil. Axı onlar Qarabağ haqqında da eyni şeyi dedilər və nəticədə biz onu itirdik. Bu dərhal baş verməyəcək, amma təməllər artıq qoyulur və bu gün həqiqətlə üzləşməsək, sonradan çox çətin olacaq". O, hazırkı Ermənistan hökumətinin istənilən güzəştə gedəcəyinə əminliyini ifadə edib: "Trampın marşrutu"nu həyata keçirəcək, ölkəyə sızmanın başlayacağı anklavları təhvil verəcək. Bu, müxalifət və ya hökumət məsələsi deyil; bu, Ermənistanın milli təhlükəsizliyi məsələsidir. Əgər biz bunu həll etməsək, tezliklə görəcəyik ki, Ermənistan dövləti artıq Ermənistan ərazisi deyil. Nəticədə, ölkəmizin böyük bir hissəsini itirə bilərik. Bu məsələ ölkənin xarici siyasətinin diqqət mərkəzində olmalıdır".

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:22
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ