İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında Bakı Bəyannaməsi qəbul edilib.
Bəyannamədə İƏT Parlament İttifaqının Nizamnaməsində təsbit olunmuş məqsədlərə sadiqlik, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nizamnaməsi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüququn məqsəd və prinsiplərinə hörmət etmək öhdəliyi bir daha təsdiq edilib. Eyni zamanda, dövlətlərimizin qarşılaşdığı çoxsaylı mürəkkəb çağırışları və dəyişən təhlükələri, o cümlədən kiberhücumları, terrorizmi və islamofobiyanın artan təzahürlərini nəzərə alaraq, bu təhdidlərin beynəlxalq sülhə və təhlükəsizliyə, həmçinin dünya üzrə müsəlman icmalarının dinc yanaşı yaşamasına və sosial həmrəyliyinə mənfi təsirindən dərin narahatlıq ifadə edilib.
ZÜMRÜD