CHP sədrliyinə təyin olunmuş Kamal Kılıçdaroğlunun rəhbərliyi ilə partiyada başladılan qovulma prosesi davam edir. Son qərar CHP Kayseri İl Şöbəsinin sədri Ufuk Ozan Gözbaşının vəzifədən uzaqlaşdırılması olub. Gözbaşının vəzifədən alınmasından sonra CHP Kayseri İl Şöbəsinin binasının daxili divarlarına müxtəlif qraffitilər çəkilib. Gənclər təşkilatları tərəfindən divarlara yazılmış qraffitilərdə Kamal Kılıçdaroğluna qarşı təhqirlər yer alıb.
Kılıçdaroğlu tərəfdarı komandanın mərkəzi ofisə girməsinə mane olan bəzi partiya üzvləri qapılara barrikadalar qurub, Kılıçdaroğlu tərəfdarlarının mərkəzi ofisə girməsinə mane olmaq üçün uzun müddət müqavimət göstəriblər.
SAMİRƏ