Cümə axşamı günü, 13 avqust 2026
     

Prezident İlham Əliyev İran spikeri Qalibafı qəbul etdi - FOTO

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev son vaxtlar qardaş İran xalqının çox böyük əziyyətlər çəkdiyini vurğuladı, müharibədə həlak olanlara bir daha Allahdan rəhmət dilədi.

Müharibə dövründə Azərbaycan xalqının və dövlətinin İran xalqı və dövlətinin yanında olduğunu deyən Prezident İlham Əliyev özünün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefonla danışıqlarını, həmçinin müxtəlif səviyyələrdə digər təmasları və həmrəylik nümunələrini bunun əyani göstəricisi kimi qiymətləndirdi.

Müharibənin dayandırılmasının Azərbaycan tərəfindən sevinc hissi ilə qarşılandığını vurğulayan dövlətimizin başçısı bununla bağlı ölkəmiz tərəfindən dərhal rəsmi bəyanatın verildiyini xatırladı.

“Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın”, - deyən Prezident İlham Əliyev həm Azərbaycanın, həm də İranın vaxtilə müharibələrdən əziyyət çəkdiklərini qeyd etdi.

Məhəmməd Baqir Qalibafın ölkəmizə əvvəlki səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı onun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında iştirakının əhəmiyyətinə toxundu.

Prezident İlham Əliyev bu tədbirin İslam həmrəyliyinin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirərək, gələn il ölkəmizin İƏT-in Zirvə Görüşünə ev sahibliyi edəcəyini dedi və bununla bağlı artıq hazırlıq işlərinin başlanıldığını qeyd etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Baqir Qalibafın səfərinin, eyni zamanda, ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağını vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafına da toxundu.

Prezident İlham Əliyevlə görüşdən məmnunluğunu bildirən qonaq İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarının Məsud Pezeşkiana çatdırmağı xahiş etdi.

Məhəmməd Baqir Qalibaf İranın çətin günlərində Prezident İlham Əliyev, Azərbaycan dövləti və xalqı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirdi.

Qonaq, eyni zamanda, İranın ölkəmizdəki səfirliyinə gələrək, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsinə, həmçinin Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməsi münasibətilə göndərdiyi təbrik məktubuna görə dövlətimizin başçısına təşəkkür etdi.

Müharibənin böyük dərd və faciə olduğunu deyən qonaq həmin dövrdə ölkəmizin İranla mehriban qonşuluq münasibətlərinə sadiq qaldığını, humanitar yardımını əsirgəmədiyini, Azərbaycan xalqının İranın yanında olduğunu vurğuladı və qeyd etdi ki, bu, İran xalqının yaddaşında əbədi qalacaq.

Azərbaycanla İranın çətin günlərdə də daim bir-birinin yanında olduqlarını deyən Məhəmməd Baqir Qalibaf bunu ölkələrimizin birliyinin və həmrəyliyinin daha bir nümunəsi kimi qiymətləndirdi. Qonaq bu müharibənin, eyni zamanda, İrana müsəlman ölkələri ilə təmasların nə dərəcədə vacib olduğunu göstərdiyini bildirdi. Məhəmməd Baqir Qalibaf qeyd etdi ki, İran müharibə dövründə dostunu və düşmənini tanıyıb. Bu xüsusda, dost ölkə kimi Azərbaycan İranın yanında olub.

Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin gələcəkdə daha da dinamik inkişafına əminlik ifadə olundu, Ağbənd-Kəlalə körpüsünün tikintisinin artıq başa çatdırıldığı və İran ərazisindən keçən Araz dəhlizinin də regionda nəqliyyat imkanlarının artırılmasına xidmət edəcəyi məmnunluqla vurğulandı.

Görüşdə ikitərəfli əlaqələrimizin perspektivləri, o cümlədən parlamentlərarası əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdi?..

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya və Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:38
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda göndərir...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

12.08.2026 / 14:27
Azərbaycanda buğda istehsalı hələ də problem içində qalıb...

12.08.2026 / 14:10
Paşinyanın keşişlərlə son döyüşü...

12.08.2026 / 13:48
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

12.08.2026 / 13:35
Tehran Bakıya minnətdarlıq etdi - Pezeşkian Azərbaycanla əlaqələrə yeni yanaşma tətbiq edir...

12.08.2026 / 13:20
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin (DSD İB) “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

12.08.2026 / 13:14
Ukrayna Putinin iqamətgahındakı S-400 və elektron müharibə sistemlərini vurdu - 1,5 milyardlıq lüks saray müdafiəsiz qaldı…

12.08.2026 / 13:09
Köçlə bağlı mənfi paylaşımlar edən şəxslər ifşa edildi - Komitədən sərt açıqlama...

12.08.2026 / 12:55
Azərbaycan-Rusiya sərhədini pozmağa cəhd edən Əlcəzair vətəndaşları saxlandı

12.08.2026 / 12:41
Danimarkada Putinin büstü qoyuldu, altı saat sonra başını qoparıb apardılar…

12.08.2026 / 12:26
ABŞ Dövlət katibindən UNO-larla bağlı açıqlama – “hərbi bazalarımızın üzərindən uçan bəzi obyektlər var”...

12.08.2026 / 12:10
Tramp İrana etibar etmədiyini deyir - dəfələrlə yalan danışıblar…

12.08.2026 / 11:48
ABŞ ordusu Oman körfəzində bir gəmiyə hücum etdiyini rəsmən təsdiqlədi...

12.08.2026 / 11:31
Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi

12.08.2026 / 11:26
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edildi

12.08.2026 / 11:11
Zakir Həsənov Naxçıvanda hərbi hissələrdə oldu - FOTO

12.08.2026 / 10:55
Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb - VİDEO

12.08.2026 / 10:47
Azərbaycan nefti bahalaşdı - 95,57 dollar...

12.08.2026 / 10:35
Zəngəzur dəhlizinin Naxçıvan hissəsində işlər davam edir - MR dəmir yolu şəbəkəsi yenidən qurulur...

12.08.2026 / 10:18
Naxçıvanda təmir olunacaq yolların siyahısı müəyyənləşdi

12.08.2026 / 10:14
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrıldı - SƏRƏNCAM

12.08.2026 / 09:30
DİN uşaqlarla bağlı sürücülərə və valideynlərə müraciət etdi - kiçik səhlənkarlıq böyük faciələrə səbəb ola bilər...

12.08.2026 / 09:17
Bakıda 46 kiloqram narkotik vasitə aşkarlandı

12.08.2026 / 07:47
Tramp NATO Sammitindən macəralı qayıdışına aydınlıq gətirdi - “Məxfi Xidmətin qərarı idi…”

12.08.2026 / 07:31
Berlində Rus Evinə hücumlar başladı - “… casus mərkəzi kimi istifadə olunur”…

12.08.2026 / 07:17
Türkiyə Qara dənizdə təhlükəsizlik dəhlizlərinin yaradılmasını təklif edir

11.08.2026 / 23:27
"Mən heç vaxt heç nədən qorxmamışam" - Putin

11.08.2026 / 23:05
Prezident: "Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir"

11.08.2026 / 23:04
"Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur" - Prezident

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ