Cümə axşamı günü, 13 avqust 2026
     

Putin Britaniyanın daxili siyasətini "idarə edir" - Starmerin istefasının gizli məqamları...

Image


Abutalıb Səmədov:“Kir Starmerin istefasının əgər yüz səbəbi varsa, burada Rusiya olsa-olsa yüzüncü yeri tuta bilər”

Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefasından sonra Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib ki, siyasətini dəyişməsə, növbədə Almaniya kansleri Fridrix Merts olacaq.

Starmerin istefası ilə bağlı fikirlərini sosial mediada paylaşan Dmitriyev Starmeri immiqrasiya, cinayətkarlıq, enerji və iqtisadiyyat sahələrində yanlış siyasət yürütməkdə günahlandırıb: "Starmerin müharibəpərəst və yanlış siyasətini daim ifşa edərək buna birlikdə nail olduq. O, Britaniyanı qoruya bilmədi və Qərb sivilizasiyasını məhv edirdi. Əgər siyasətini dəyişməsə, növbə Mertsindir".

Dmitriyev iddia edib ki, Britaniyanın son 10 ildə vəzifə yerinə yetirən yeddi baş nazirin yaratdığı problemləri həll etmək üçün Çörçill kimi bir liderə ehtiyacı var.

Kreml sözçüsü Dmitri Peskov da mətbuat konfransında Starmerin qərarına münasibət bildirib. Peskov Starmerin Ukraynanın əsas dəstəkçilərindən biri olduğunu və Baş nazirin istefasının Londonun Rusiyaya qarşı "düşmən" münasibətini dəyişdirməyəcəyini vurğulayıb.

Kreml sözçüsü bildirib ki, Starmer Britaniya-Rusiya münasibətləri ilə bağlı özünü fərqləndirmək üçün heç bir iş görməyib: “O, həmişə münasibətləri sıfır səviyyədə saxlamağın tərəfdarı olub. Britaniya siyasi səhnəsində heç kimin ölkəmiz haqqında Starmerdən fərqli bir fikirdə olması ehtimalı azdır”.

Yəni doğurdan Starmerin iflası Rusiyaya qarşı apardığı siyasətdın qaynaqlanıb?

“Alyans”SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, Kir Starmerin istefasında Rusiya amili ola bilsin müəyyən qədər rol oynayıb. “Ancaq bu həddindən artıq kiçik bir roldur. Yəni Ukrayna müharibəsi təbiidir ki, bütün Avropaya təsir edib. Avropada iqtisadiyyatın inkişafını ləngidən amillərdən biri olub. Avropa ölkələri, o cümlədən Böyük Britaniya Ukraynaya yardımlar etmək məcburiyyətində qalıblar. Bu da təbiidir ki, əhalinin dolanışığına öz təsirini göstərib, onların narazılığının artmasına gətirib çıxarıb və son nəticədə xalqın, vətəndaşların hakimiyyətdən ciddi narazılığını doğurub. Ancaq Kir Starmerin istefasının əgər yüz səbəbi varsa, burada Rusiya olsa-olsa yüzüncü yeri tuta bilər. Əsas səbəb ölkə iqtisadiyyatının günü-gündən geri getməsi ilə bağlıdır. Starmer 2024-cü ildə hakimiyyətə gələndə və seçkiləri udanda özü də bəyan eləmişdi ki, biz hakimiyyətə gələndən sonra vəziyyət pisləşəcək. Sonradan tədricən yaxşılaşmağa başlayacaq. Ancaq bu sonradan nə vaxt olacaq? Nə vaxt yaxşılaşmağa başlayacaq? Bu gün o qədər də aydın deyil və xalq da bunu başa düşə bilmir və qəbul etmək istəmir. Elə Leyboristlər Partiyasının həm ilin əvvəlində keçirilən seçkilərdə parlamentə boş yerlərə keçirilən seçkilərdə məğlub olması, sonrada yerli seçkilərdə uğursuzluğa düçar olması ölkədəki iqtisadi durumungünü-gündən yaxşılaşmaması, pisləyə doğru getməsi ilə bağlıdır. Xüsusilə İran hadisələri də vəziyyəti bir az ağırlaşdırdı”.

A.Səmədov qeyd etdi ki, çünki Hörmüz boğazının bağlanması neftin qiymətini xeyli qaldırdı və bu da digər qiymətlərə ciddi şəkildə təsir göstərdi. “Leyboristlər anlamağa başladılar ki, lider dəyişməsə onları qarşıdakı illərdə yaxşı heç nə gözləmir. Baxmayaraq ki, Starmerə ciddi nöqsan sayıla biləcək elə hadisələr yox dərəcəsində idi. Bir-iki hadisəni sadalayırdılar. Tutaq ki, kiminsə Starmerə gün eynəkləri bağışlamasını qeyd edirdilər ki, hardasa 240 funt-sterlinq dəyərində olub və onu da o rəsmləşdirmişdi. Ancaq bütün hallarda bu hədiyyə cəmiyyətdə yaxşı qarşılanmamışdı. Yaxud onun Mandelsonu səfir təyin etməsi. Müəyyən prosedurlara əməl olunmamışdı və o səfir təyin olundandan sonra məlum olmuşdu ki, Mandelson adı çox ciddi cinayətlərdə hallanan Cefri Epşteynlə yaxın əlaqələri var. Bu skandal da Starmerin nüfuzuna çox ciddi təsir göstərdi. Ancaq həlledici amil təbiidir ki, iqtisadi vəziyyətin ağırlaşması oldu və Leyboristlər Partiyası Starmerin liderlikdən getməsini və onun yerinə daha nüfuzlu, daha perspektivli bir şəxsin seçilməsini düzgün saydı. Uzun müddət Starmer müqavimət göstərsə də, istefa vermək məcburiyyətində qaldı. İstefanın kökündə dayanan bu amil oldu. Ancaq Rusiya təmsilçiləri təbiidir ki, dünyada baş verən hər cür uğursuzluğu Rusiyaya bağlamağa, Rusiya ilə olan münasibətlərdəki problemlərə bağlamağa çalışırlar və bu da bizim üçün yeni hadisə deyil”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdi?..

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya və Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:38
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda göndərir...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

12.08.2026 / 14:27
Azərbaycanda buğda istehsalı hələ də problem içində qalıb...

12.08.2026 / 14:10
Paşinyanın keşişlərlə son döyüşü...

12.08.2026 / 13:48
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

12.08.2026 / 13:35
Tehran Bakıya minnətdarlıq etdi - Pezeşkian Azərbaycanla əlaqələrə yeni yanaşma tətbiq edir...

12.08.2026 / 13:20
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin (DSD İB) “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

12.08.2026 / 13:14
Ukrayna Putinin iqamətgahındakı S-400 və elektron müharibə sistemlərini vurdu - 1,5 milyardlıq lüks saray müdafiəsiz qaldı…

12.08.2026 / 13:09
Köçlə bağlı mənfi paylaşımlar edən şəxslər ifşa edildi - Komitədən sərt açıqlama...

12.08.2026 / 12:55
Azərbaycan-Rusiya sərhədini pozmağa cəhd edən Əlcəzair vətəndaşları saxlandı

12.08.2026 / 12:41
Danimarkada Putinin büstü qoyuldu, altı saat sonra başını qoparıb apardılar…

12.08.2026 / 12:26
ABŞ Dövlət katibindən UNO-larla bağlı açıqlama – “hərbi bazalarımızın üzərindən uçan bəzi obyektlər var”...

12.08.2026 / 12:10
Tramp İrana etibar etmədiyini deyir - dəfələrlə yalan danışıblar…

12.08.2026 / 11:48
ABŞ ordusu Oman körfəzində bir gəmiyə hücum etdiyini rəsmən təsdiqlədi...

12.08.2026 / 11:31
Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi

12.08.2026 / 11:26
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edildi

12.08.2026 / 11:11
Zakir Həsənov Naxçıvanda hərbi hissələrdə oldu - FOTO

12.08.2026 / 10:55
Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb - VİDEO

12.08.2026 / 10:47
Azərbaycan nefti bahalaşdı - 95,57 dollar...

12.08.2026 / 10:35
Zəngəzur dəhlizinin Naxçıvan hissəsində işlər davam edir - MR dəmir yolu şəbəkəsi yenidən qurulur...

12.08.2026 / 10:18
Naxçıvanda təmir olunacaq yolların siyahısı müəyyənləşdi

12.08.2026 / 10:14
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrıldı - SƏRƏNCAM

12.08.2026 / 09:30
DİN uşaqlarla bağlı sürücülərə və valideynlərə müraciət etdi - kiçik səhlənkarlıq böyük faciələrə səbəb ola bilər...

12.08.2026 / 09:17
Bakıda 46 kiloqram narkotik vasitə aşkarlandı

12.08.2026 / 07:47
Tramp NATO Sammitindən macəralı qayıdışına aydınlıq gətirdi - “Məxfi Xidmətin qərarı idi…”

12.08.2026 / 07:31
Berlində Rus Evinə hücumlar başladı - “… casus mərkəzi kimi istifadə olunur”…

12.08.2026 / 07:17
Türkiyə Qara dənizdə təhlükəsizlik dəhlizlərinin yaradılmasını təklif edir

11.08.2026 / 23:27
"Mən heç vaxt heç nədən qorxmamışam" - Putin

11.08.2026 / 23:05
Prezident: "Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir"

11.08.2026 / 23:04
"Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur" - Prezident

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ