çərşənbə günü, 23 sentyabr 2026
     

Enerji siyasətindən geosiyasi gücə uzanan strategiya

Image


Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin açılış mərasimində səsləndirdiyi fikirlər yalnız enerji sektoruna dair hesabat xarakteri daşımırdı. Bu çıxış, əslində, Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunun, formalaşdırdığı enerji diplomatiyasının və dəyişən qlobal geosiyasi reallıqlarda tutduğu mövqenin siyasi təqdimatı idi. Dövlət başçısı çıxışında xüsusi olaraq vurğuladı ki, “Caspian Oil and Gas” sərgisi Azərbaycanın müasir enerji tarixinin başlanğıc nöqtələrindən biri olub.

Həqiqətən də, 1990-cı illərin mürəkkəb siyasi və iqtisadi fonunda enerji sektoru Azərbaycan üçün sadəcə iqtisadi seçim deyil, dövlət müstəqilliyinin qorunması vasitəsinə çevrilmişdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, həmin dövrdə ölkə ağır sosial-iqtisadi böhran, enerji asılılığı, yüksək yoxsulluq və işğal problemi ilə üz-üzə idi. Bu kontekstdə Prezidentin çıxışının əsas mesajlarından biri təbii sərvətlərə münasibət məsələsi oldu. Ölkə başçısı açıq şəkildə bildirdi ki, neft və qaz ehtiyatlarına malik ölkələr günahlandırılmamalı, əksinə, onların həmin resurslardan necə istifadə etdiklərinə diqqət yetirilməlidir. Bu yanaşma son illərdə dünya siyasətində enerji keçidi və karbon gündəliyi ətrafında gedən mübahisələrə verilmiş praktik cavab kimi də qiymətləndirilə bilər.

İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın enerji siyasəti ilə bağlı səsləndirdiyi fikirlərə xüsusi yer verməsi də diqqət çəkən məqamlardan idi. Prezidentin fikrincə, son dövrlər enerji sektorunda müşahidə olunan daha praqmatik yanaşma dünya iqtisadiyyatının real ehtiyaclarını nəzərə alır. Bu yanaşma Azərbaycanın uzun illər müdafiə etdiyi “enerji təhlükəsizliyi və yaşıl transformasiya paralel inkişaf etməlidir” tezisi ilə üst-üstə düşür.
Prezident İlham Əliyevin çıxışının mühüm hissəsi Azərbaycanın enerji təhlükəsizliyində artan roluna həsr olunmuşdu. Ölkə başçısı Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının artıq 16-ya çatdığını, onların 10-u Avropa İttifaqı üzvü olduğunu vurğuladı. Bu rəqəm təkcə iqtisadi göstərici deyil, həm də Azərbaycanın Avrasiyanın enerji xəritəsində strateji aktora çevrilməsinin göstəricisidir. Cənub Qaz Dəhlizi, TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan kimi layihələr artıq yalnız boru xətti infrastrukturu hesab olunmur. Bunlar regional əməkdaşlıq, siyasi koordinasiya və enerji diplomatiyasının konkret nəticələridir. Prezidentin “Azərbaycan aparıcı qüvvə olub” fikri də, məhz bu geosiyasi reallığa işarə edir. Eyni zamanda, çıxışın diqqətçəkən tərəflərindən biri bərpaolunan enerji ilə bağlı açıqlamalar idi. Ölkə başçısı 2032-ci ilədək ölkənin yaşıl enerji gücünün 8 giqavata çatdırılmasının planlaşdırıldığını bildirdi. Qarabağ və Şərqi Zəngəzurun hidroenerji potensialının xüsusi vurğulanması isə postmünaqişə dövründə həmin bölgələrin iqtisadi reinteqrasiyası baxımından mühüm siqnal sayıla bilər. Burada maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan enerji siyasətini artıq yalnız neft-qaz ixracı üzərində qurmur. Elektrik kabel layihələri, Qara dəniz enerji marşrutu, Mərkəzi Asiya ilə yaşıl enerji əməkdaşlığı göstərir ki, Bakı özünü gələcəyin enerji tranzit və istehsal mərkəzlərindən biri kimi mövqeləndirməyə çalışır.
Prezident İlham Əliyevin çıxışında nəqliyyat dəhlizlərinə və Zəngəzur dəhlizinə toxunması da təsadüfi deyildi. Bu, enerji, logistika və geosiyasi əlaqələrin artıq vahid strateji konsepsiya daxilində nəzərdən keçirildiyini göstərir. Prezidentin “Bakı Enerji Həftəsi”ndə səsləndirdiyi mesajlar onu deməyə əsas verir ki, Azərbaycan artıq yalnız enerji resurslarını ixrac edən ölkə deyil, regional gündəliyi formalaşdıran, qlobal enerji təhlükəsizliyinə təsir göstərən və öz milli maraqlarını beynəlxalq müstəvidə qətiyyətlə müdafiə edən mühüm siyasi güc mərkəzinə çevrilib.

Cavanşir Feyziyev,
Milli Məclisin deputatı.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 18:12
Avropa İttifaqı Gürcüstandan əl çəkmir - müxalifətə pul ayırır...

23.09.2026 / 17:55
Trampın jurnalistlərlə “müharibəsi” şiddətlənir...

23.09.2026 / 17:50
Dağ-mədən proqramı: gəlir iki dəfə artmalıdır, amma 5.3 milyard manat investisiya lazımdır...

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ