Ermənistan Parlamentinin sədri Alen Simonyan Rusiya mediasına müsahibəsində bəyan edib ki, ölkəsi heç bir hərbi bloka olmalı deyil. Jurnalistin "Ermənistan NATO üzvlüyünə müraciət eləyə bilərmi?" sualına A.Simonyan "Mən hesab etmirəm ki, Ermənistan hansısa bir hərbi blokun üzvü olmalıdır. Heç bir hərbi blokun üzvü deyil, həmçinin NATO-nun da. Əgər Ermənistan NATO-ya qoşularsa, bu, sövdələşmə predmetinə çevriləcək. Mən ölkəmin Rusiya, Brüssel və ya ABŞ üçün sövdələşmə predmeti olmasını istəmirəm" - deyə cavab verib. Burada maraqlı olan nədir? Simonyanın "Ermənistan heç bir hərbi blokun üzvü olmalı deyil" bəyanatı artıq mesajdır ki, Ermənistan heç KTMT-nin də üzvü kimi qalmayacaq. KTMT də hərbi blokdur. Simonyan özü açıq şəkildə deyir ki, dövlətlər hansı hərbi blokunsa üzvü olursa onun əlində sövdələşmə predimentinə çevrilir.
İradə SARIYEVA