çərşənbə günü, 23 sentyabr 2026
     

“Aİİ cəlbedici olsa, Ermənistan niyə ondan qaçır?!” - Qaluzinin Azərbaycana təklifinə məntiqli cavab...

Image


Afsəddin Nəbiyev: “Tamhüquqlu üzvlük mövcud reallıqlar çərçivəsində ölkənin dövlətçilik maraqları ilə uzlaşmır”

“Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünü təşviq etməyə hazırıq. Rusiya ölkəni Avrasiya İnkişaf Bankının səhmdarları arasında görmək istəyir”. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Biz Azərbaycanın Aİİ ilə yaxınlaşmasını asanlaşdırmaq üçün əlimizdən gələni etməyə hazırıq, çünki bu, fikrimizcə, ortaq Avrasiya məkanımızda mövcud iqtisadi əlaqələri daha da gücləndirəcək. Belə yaxınlaşma Azərbaycan iqtisadiyyatına da müsbət təsir göstərəcək, çünki ölkə ortaq mal bazarının üstünlüklərindən istifadə edə və nəqliyyat, xidmət və investisiya sahələrində əməkdaşlığı genişləndirə biləcək”, - deyə Qaluzin qeyd edib.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü ilin aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, Aİİ-yə üzv olmaq planımız yoxdur: “Bizim belə planlarımız yoxdur, amma deyə bilmərik ki, bu, gələcəkdə müzakirə mövzusu ola bilməz. Hər şey yaxınlaşmaqdan hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılı olacaq. Əgər onları görsək, qəbul edəcəyik. Əks halda, bizi indi mövcud olan əməkdaşlıq səviyyəsi də qane edir”.

Azərbaycanın Aİİ üzvü olmaq istəyi olsaydı indiyə qədər bu təşəbbüslə çıxış edərdi də. Aİİ cəlbedici olsaydı onun üzvü olan Ermənistan Avropa İttifaqına can atmazdı. Məgər Rusiya bilmir ki, Azərbaycan bu kimi birlik və ittifaqlardan uzaq qalmağa çalışır?

Sözügedən məsələyə aydınlıq gətirən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, son günlərdə regionun geosiyasi gündəmində postsovet məkanındakı inteqrasiya prosesləri yenidən aktiv müzakirə mövzusuna çevrilib: “Qaluzinin rəsmi Bakıya ünvanlanmış bəyanatı Azərbaycanı Aİİ ilə yaxınlaşmağa təşviq etmək və ölkəni Avrasiya İnkişaf Bankının səhmdarları arasında görmək istəyi Moskvanın bu istiqamətdəki növbəti diplomatik gedişidir. Rusiya tərəfi iddia edir ki, belə bir addım regional iqtisadi əlaqələri gücləndirəcək və Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Lakin rəsmi Bakının bu məsələdəki mövqeyi tamamilə fərqli prinsiplərə, dərin praqmatizmə və milli dövlətçilik maraqlarına söykənir. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkənin Aİİ-yə üzv olmaq planı yoxdur və mövcud ikitərəfli əməkdaşlıq formatı Azərbaycanın milli maraqlarını tam təmin edir. Rusiya rəhbərliyi Azərbaycanın xarici siyasət doktrinasına, onun heç bir hərbi-siyasi bloka daxil olmamaq barədə Qoşulmama Hərəkatı çərçivəsində götürdüyü öhdəliklərə və suverenliyini məhdudlaşdıran üstqurum təşkilatlarından məsafə saxlamaq strategiyasına tam bələddir”.

A.Nəbiyev hesab edir ki, Moskvanın tez-tez bu mövzuya qayıtmasının arxasında bir neçə mühüm strateji hədəf dayanır: “Birincisi, Qərbin ağır sanksiyaları altında olan Rusiya, postsovet məkanında özünün aparıcı layihəsi olan Aİİ-nin geosiyasi çəkisini və cəlbediciliyini artırmaq niyyətindədir. Regionun ən dinamik inkişaf edən, iqtisadi və maliyyə baxımından tam müstəqil olan dövlətinin – Azərbaycanın bu ittifaqa cəlb edilməsi Moskva üçün böyük bir imic və güc nümayişi olardı. İkincisi, Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin mərkəzi coğrafi halqasıdır. Azərbaycanın bu ittifaqa daxil olması regionda vahid gömrük və tarif siyasətinin formalaşdırılması baxımından Moskvaya mühüm rıçaqlar qazandıra bilərdi. Azərbaycanın müasir dövlətçilik fəlsəfəsinin əsasını tam suverenlik, iqtisadi müstəqillik və balanslaşdırılmış xarici siyasət təşkil edir. Bu kontekstdə, Aİİ-yə tamhüquqlu üzvlük mövcud reallıqlar çərçivəsində ölkənin dövlətçilik maraqları ilə uzlaşmır. Azərbaycan dövləti üçün ən məqbul və rasional cavab formulu elə ölkə başçısının səsləndirdiyi tezisdə öz əksini tapır: "Bizi indi mövcud olan əməkdaşlıq səviyyəsi də qane edir".

Azərbaycan Aİİ-yə daxil olmadan da onun əsas hərəkətverici qüvvələri olan Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan ilə ən yüksək səviyyədə - strateji tərəfdaşlıq və müttəfiqlik formatında məsələn, Rusiya ilə 2022-ci il Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə əməkdaşlıq edir. İttifaqa daxil olmaq ölkəyə əlavə iqtisadi dividentlər qazandırmaq əvəzinə, dövlət müstəqilliyinin bəzi elementlərini riskə atmaq deməkdir. Azərbaycanın belə bir ittifaqda olmağa cəhd göstərməməsinin arxasında dərin rasional və praqmatik risk analizləri dayanır. Bu ittifaqa üzv olmaq, gömrük rüsumlarının müəyyənləşdirilməsi, xarici ticarət tarifləri və üçüncü ölkələrlə ticarət sazişlərinin imzalanması səlahiyyətlərinin böyük hissəsini mərkəzi Moskvada yerləşən Avrasiya İqtisadi Komissiyasına dövr etmək deməkdir. Bu isə Azərbaycanın müstəqil iqtisadi qərarlar qəbul etmək suverenliyini birbaşa məhdudlaşdırır. Azərbaycan daxili bazarı, yerli istehsalı, sənayeni və xüsusilə kənd təsərrüfatını xarici rəqabətin kəskin təsirlərindən qorumaq üçün hələ Ümumdünya Ticarət Təşkilatına (ÜTT) belə daxil olmayıb. Aİİ-yə daxil olmaq ölkə bazarını digər üzv dövlətlərin iri sənaye və kənd təsərrüfatı malları üçün tam açmaq deməkdir ki, bu da yerli kiçik və orta sahibkarlığa ciddi zərbə vura bilər. Azərbaycan Avropa İttifaqının strateji enerji tərəfdaşıdır. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində dərinləşən inteqrasiya prosesləri Bakı üçün əsas prioritetlərdən biridir. Aİİ-yə birtərəfli inteqrasiya bu incə tənzimlənmiş balanslaşdırılmış xarici siyasət arxitekturasını poza bilər. Azərbaycanın dövlətçilik baxışı və milli maraqları üçün bu gün ən məqbul mövqe "praqmatik tərəfdaşlıq, lakin institusional asılılıqdan imtina" statusudur. Azərbaycanın Aİİ-dən kənarda, lakin onun üzvləri ilə qarşılıqlı hörmətə dayanan sıx iqtisadi əlaqədə qalması dövlətimizin müstəqilliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün yeganə doğru modeldir”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 18:12
Avropa İttifaqı Gürcüstandan əl çəkmir - müxalifətə pul ayırır...

23.09.2026 / 17:55
Trampın jurnalistlərlə “müharibəsi” şiddətlənir...

23.09.2026 / 17:50
Dağ-mədən proqramı: gəlir iki dəfə artmalıdır, amma 5.3 milyard manat investisiya lazımdır...

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ