Bazar günü keçiriləcək seçkilərdən əvvəl Ermənistanın Baş naziri Paşinyan İrəvanın lazım gələrsə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa biləcəyini bildirib.
Seçki kampaniyası çərçivəsində keçirilən debat zamanı Güclü Ermənistan Partiyasının nümayəndəsi Narek Karapetyan üzvlüyün "dayandırılması"nın nə demək olduğunu soruşaraq "Əgər işə yaramırsa, çıxın" dedikdə, Paşinyan "Bəli, KTMT-dən çıxarıq. Bizi bununla qorxudursuz? Biz öz qərarımızı özümüz verib çıxarıq" cavabını verib.
Paşinyan bundan əvvəl ki, lideri olduğu "Vətəndaş Müqaviləsi"nin seçki proqramına KTMT-də aktiv iştiraka qayıtmağı istisna edən bənd daxil edildiyini bildirmişdi. Ermənistan təşkilatda iştirakını 2024-cü ilin fevral ayından dondurub.
Tahir TAĞIYEV