çərşənbə günü, 23 sentyabr 2026
     

Almaniyanın BMT TŞ-yə yolunu Tramp, ya Putin bağladı?.. Birinin şəxsi, digərinin dövlət qisası...

Image


Azər Həsrət: "İran yalnız ABŞ və İsrail üçün deyil, bütün dünya üçün təhdiddir"

Almaniya BMT Təhlükəsizlik Şurasının 2027–2028-ci illər üçün qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə ilk dəfə məğlub olub. İyunun 3-də keçirilən səsvermədə Almaniya 104 səs toplayıb və tələb olunan üçdə iki səs həddini keçə bilməyib. Qərbi Avropa və Digər Ölkələr Qrupuna ayrılmış iki yeri isə Portuqaliya (134 səs) və Avstriya (131 səs) qazanıb.

Bu, Almaniyanın BMT Təhlükəsizlik Şurasına seçilmək uğrunda apardığı kampaniyalarda ilk uğursuzluğu kimi qiymətləndirilir. Almaniya daha əvvəl Şurada altı dəfə təmsil olunmuş və indiyədək bütün namizədliklərində uğur qazanmışdı.

Bəzi müşahidəçilər hesab edirlər ki, Almaniyanın Ukraynaya güclü dəstəyi, İsraillə bağlı mövqeyi və son illərdəki xarici siyasət qərarları bir sıra ölkələrin dəstəyini itirməsinə səbəb olub. Almaniya hökuməti isə rəqabətin çox güclü olduğunu vurğulayıb.

Deyilənlərə görə, Ukrayna və İsrail Almaniyanın əleyhinə səs veriblər və məğlubiyyətin səbəblərindən biri də bu olub. Hər halda, bu məsələdə Donald Trampın rolunun olduğu görünürmü?

Almaniya kansleri Friedrich Merz demişdi ki, ABŞ-ın İranla bağlı siyasətində nə aydın taktika, nə də strategiya var. Tramp isə cavabında bildirmişdi ki, Merz İranın nüvə proqramını dəstəkləyir. Merz buna cavab olaraq demişdi: “Mən harada İranın nüvə proqramını dəstəkləmişəm? Bir fakt göstərsin, yalan danışmasın”.

Sizcə, Almaniyanın bu məğlubiyyəti Merzlə Tramp arasında son aylarda İran məsələsinə görə yaşanan söz atışmasının nəticəsi ola bilərmi? BMT belə məsələlərdə Trampın təzyiqi altında qərar qəbul edə bilərmi?

Qeyd edim ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri BMT Baş Assambleyasında gizli səsvermə ilə seçilir və ayrı-ayrı ölkələrin necə səs verdiyi rəsmi şəkildə açıqlanmır. Buna görə də “Ukrayna və İsrail Almaniyanın əleyhinə səs veriblər” iddiasını fakt kimi təsdiqləmək mümkün deyil. Eyni şəkildə, Almaniyanın məğlubiyyətinin birbaşa Tramp–Merz mübahisəsi ilə bağlı olduğunu göstərən açıq sübut da yoxdur; bu cür iddialar hazırda daha çox siyasi şərh və ehtimal xarakteri daşıyır.

Siyasi şərhçi Azər Həsrət Almaniya-İran münasibətlərini və Almaniyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü seçkilərindəki məğlubiyyətini "Bakı-Xəbər"ə şərh edib.

Şərhçi bildirib ki, Almaniya İran məsələsində qeyri-müəyyən mövqe nümayiş etdirir və kansler Friedrix Merzin addımları bəzən anlaşılmaz xarakter daşıyır: "Düzdü, hər iki tərəf öz müstəqil siyasətini yürütdüyünü nümayiş etdirmək istəyir, amma İran məsələsi kifayət qədər qlobal problemdir. Bu sadəcə bir neçə ölkə arasındakı məsələ deyil, Yaxın Şərq məsələsi də deyil. Donald Trampın sözləri ilə desək — təsəvvür edin ki, bu rejimin əlində nüvə silahı var, nüvə silahına sahib İran dünyaya nələr etməzdi..."

Azər Həsrətin fikrincə, belə bir şəraitdə Almaniya İrana qarşı formalaşan koalisiyanın tərəfində yer almalı, ən azı məsafəli davranmalı idi. Əvəzində isə Almaniya İrana loyallıq nümayiş etdirdi. Şərhçi hesab edir ki, Almaniyanın BMT TŞ-nın 2027–2028-ci illər üçün qeyri-daimi üzv seçkilərindəki məğlubiyyəti birbaşa bu mövqe ilə bağlıdır: "ABŞ dünyada alternativsiz qlobal gücdür, İsrail isə, ərazi baxımından kiçik dövlət olmasına baxmayaraq, maliyyə, iqtisadi, elmi və siyasi sahələrdə dünyaya söz deyə bilir. Bu baxımdan düşünürəm ki, həddini aşmaq istəyən Almaniyaya yeri göstərildi".

Şərhçi Almaniyanın müstəqil ordu qurmaq ambisiyasına da diqqət çəkib. Onun sözlərinə görə, birləşmədən sonra, xüsusilə son illərdə Almaniya güclü silahlı qüvvələr formalaşdırmağa çalışır ki, bu da ABŞ və digər dövlətləri narahat edir: "Almaniya dünya tarixində iki müharibənin səbəbkarıdır. Güclü ordu qurarsa, bu, potensial təhlükə yarada bilər. Belə bir şəraitdə Almaniyanın beynəlxalq platformalarda irəli çıxmasının qarşısının alınması məqsədəuyğundur".

Azər Həsrət həmçinin Almaniyanın Rusiyaya münasibətinə də toxunub. O qeyd edib ki, Ukraynaya təcavüz edən Rusiyaya, başda Almaniya olmaqla, bir sıra Avropa ölkələri lazımi sərtliyi nümayiş etdirmir: "Rusiya bütün Avropanın yumruğunu başında hiss etməli idi ki, Ukraynadan çəkilsin. Təəssüflər olsun ki, biz bunu müşahidə etmirik". Şərhçi əlavə edib ki, Almaniya Avropada Rusiyaya ən loyal yanaşan ölkələrin önündə gəldiyi üçün Rusiyanın ona mane olmağa heç bir səbəbi yoxdur.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 18:29
Prezident İlham Əliyevin tapşırığı ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına yeni nəfəs verildi

23.09.2026 / 18:12
Avropa İttifaqı Gürcüstandan əl çəkmir - müxalifətə pul ayırır...

23.09.2026 / 17:55
Trampın jurnalistlərlə “müharibəsi” şiddətlənir...

23.09.2026 / 17:50
Dağ-mədən proqramı: gəlir iki dəfə artmalıdır, amma 5.3 milyard manat investisiya lazımdır...

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ