çərşənbə günü, 23 sentyabr 2026
     

Rusiya 3 iyun ABŞ-Ermənistan “Tramp dəhlizi sazişini” inkar edir...

Image


Akif Nağı: “Rusiya tərəfi məsələnin mahiyyətini kiçiltməyə çalışır və bu səbəbdən də çərçivə sazişini bəyannamə kimi qələmə verməyə cəhd göstərir”

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Ermənistan və ABŞ İranla sərhəd boyunca tranzit dəhlizi olan Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar. Sənəd ABŞ dövlət kativi Marko Rubionun may ayının sonlarında İrəvana səfəri zamanı paraflanıb.

Ermənistanla Amerikan arasında Tramp marşurtu üzrə çərçivə saziş imzalanıb. Saziş, müqavilə hüquqi sənəddir. Çünki imzalayan tərəflərə qarşılıqlı vəzifə, hüquq və öhdəliklər yaradır.

Maraqlıdır ki, Rusiyanın media orqanları və Rusiya rəsmiləri bunu saziş yox, imzalanmış bəyannamə adlandırırlar. Rusiya media orqanlarında yazılır ki, ABŞ və Ermənistan saziş yox, hansısa bir bəyannamə imzalayıblar. Bəyannamə, bəyanat ayrı şeydir, saziş ayrı şeydir. Bunun saziş olduğunu Rusiya tərəfindən inkarı nə məqsəd daşıyır? Doğrudanmı bu saziş deyil? Bəlkə doğrudan da elə saziş yox, bəyannamədir?

Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, Rusiyanın bu məsələ ilə bağlı mövqeyi aydındır. “Rusiya çalışır ki, prosesləri pozsun, onun iştirakı olmayan bu layihə həyata keçirilməsin. Əsas da 2020-ci ildə imzalanmış 10 noyabr razılaşmasına, bəyanatına istinad edir ki, guya o kommunikasiya, Rusiyanın sərhəd xidməti nəzarət eləməli idi. Çalışırlar ki, prosesi pozsunlar. Amma artıq onların fikrini, heç kəs nəzərə almır. Yəni ötən il avqustun 8-də, Vaşinqtonda Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli razılaşma imzalandı. Bu layihənin əsas adı Zəngəzur dəhlizidir. Bunu hər yerdə bu şəkildə işlətməliyik. Ermənilər ona “Tramp dəhlizi” də, “Sünik dəhlizi”, TRİPP-də deyirlər. Yəni fərqi yoxdur, adı necə olursa olsun, mahiyyət etibarilə bu Zəngəzur dəhlizidir və bu dəhliz də hökmən fəaliyyət göstərəcəkdir. Azərbaycan Prezidenti də son çıxışında aydın şəkildə məsələni ortaya qoydu ki, Zəngəzur dəhlizi hökmən tikiləcək, hazır olacaq və istifadəyə veriləcəkdir. Bunun başqa bir variantı yoxdur. Rusiya mane olmağa, bu prosesi pozmağa çalışır. Birincisi ki, müdaxilə etməyə çalışır ki, o da iştirak eləsin. Artıq onun iştirakı demək olar ki, qeyri-mümkündür. Müəyyən mərhələdə ola bilər, deyək ki, dördüncü, beşinci tərəf kimi hansısa bir funksiyanı yerinə yetirin, orada iştirak etsin. Amma ona da ehtiyac yoxdur. Ondan sonra prosesləri pozmağa çalışdı ki, iş getməsin. Yəni Ermənistana təzyiq edir, Azərbaycana təzyiq etməyə cəhd göstərir, amma heç birində mənası yoxdur. Buna alternativ olaraq Rusiya “Putin yolu” deyilən bir layihə də ortaya atdı. Rusiya Abxaziyadan, Gürcüstandan, Ermənistandan keçməklə yeni bir layihəni ortaya qoyur və onu “Putin yolu” adlandırırlar. Yəni bunu Zəngəzur dəhlizinə bir alternativ kimi ortaya qoyurlar, onun rolunu qabartmağa çalışırlar. Amma əslində o da real bir məsələ deyil. Gürcüstan onunla yəqin ki, razılaşmayacaqdır. Ermənistanın özü də artıq Rusiyanın diktəsi ilə hərəkət etmir. Ona görə də özlərini sakitləşdirmək, arxayınlaşdırmaq üçün sözdə “Putin yolu” deyirlər. Ermənistandakı bu parlament seçkilərindən sonra çox məsələlər yəqin ki, öz yerini alacaqdır. Hər şey qaydasında düşəcəkdir və proseslər Azərbaycanın istəyinə uyğun davam edəcəkdir. Yəni Amerikanın dövlət katibinin Ermənistan xarici işlər naziri ilə imzaladığı çərçovə sazişi də müəyyən məsələləri nizama salır. Çünki 8 avqust 2025-ci il razılaşmasına görə, bir Amerika şirkəti orada proseslərə rəhbərlik etəməlidir. Bu Ermənistanın ərazisindən keçdiyinə görə Ermənistanla müəyyən məsələləri razılaşdırırlar. Yəni 74, 26 faiz payları müəyyənləşdirdilər ki, bu da düzgün mövqedir məncə. Yəni məsuliyyət Amerikanın, Amerika şirkətinin üzərinə düşəcək məsuliyyətdir. Ermənistan da oradan gördüyü işə görə 26 faiz gəlir götürəcək. Ermənistanın da bugün imkanları yoxdur...”

A.Nağı hesab edir ki, böyük ehtimalla Ermənistandakı seçkilərdən sonra o proses gedəcəkdir və Rusiya da heç bir halda ona mane ola bilməyəcək. Rusiyanın nə gücü yoxdur, nə təsir imkanları yoxdur, nə də nə hüquq onun tərəfində deyil, nə də reallıq da onun əleyhinədir.

Yəni Rusiya artıq kənarda qalıbdır. 8 avqust razılaşması ilə Rusiyanın fikri ilə artıq heç kəs hesablaşmır. Rusiyanın da öz iddiasını həyata keçirmək üçün imkanları yoxdur.

Hər şey ilk növbədə Azərbaycanın və Türkiyənin istəklərinə uyğun olaraq həyata keçiriləcək”.

Rusiya rəsmilərinin və mətbuatının Ermənistanla ABŞ arasında imzalanan çərçivə sazişini bəyannamə adlandırmasının səbəbinə gəlincə, A.Nağı vurğuladı ki, Rusiya tərəfi məsələnin mahiyyətini kiçiltməyə çalışır. “Əgər burada terminlərdən söhbət gedirsə, onlar özləri öz dillərində gedən məlumatlara da baxsınlar, orada rus dilində imzalamış sənədlə bağlı 'zayavleniye' ya da 'deklarasiya' ifadəsi işlənmir. Bütün mənbələrdə də rus dilində “ramoçnoye soqlaşeniye” işlənir. Azərbaycan dilində isə “çərçivə sazişi” və ya, “ilkin saziş” olaraq işlənilir. Yəni bu, rəsmi bir sənəddir, bəyanat və yaxud bəyannamə deyil. Rubio da ingilis dilində öz açıqlamasında aydın şəkildə bildirdi ki, biz, sazişi imzalamışıq. Eyni zamanda Ermənistanın xarici işlər naziri Mirzoyan da bildirdi ki, öz aralarında çərçivə sazişi imzalayıblar. Buna görə də mən hesab edirəm Rusiya bu cür mənasız və cılız təşəbbüslərdən əl çəkməlidir. Məqsəd

gər buna artıq bunlar söykənirlərsə ki, sənədin, imzalanmış sənədin adı nədir, oradan özləri üçün nəsə götürməyə çalışırlarsa, o mənasız bir təşəbbüsdür, mənasız bir cəhddir. Rusiya tərəfi məsələnin mahiyyətini kiçiltməyə çalışır və bu səbəbdən də çərçivə sazişini bəyannamə kimi qələmə verməyə cəhd göstərir. Bu isə yanlışdır. Dediyimiz kimi onlar arasında çərçivə sazişi imzalanıb.

Amerikanın dövlət katibi də açıq mətnlə Rusiyanı ittiham etdi ki, Rusiya Ermənistanın indiki baş nazirinin parlament seçkilərində qalib gəlməsini istəmir, uduzmasını istəyir, ona çalışır. Yəni Amerika artıq açıq şəkildə, hətta diplomatik normaları gözləmədən Rusiyanın mövqeyini şərh edir. Açıq-aşkar görsənir ki, Rusiya bunun üçün bütün vasitələrdən istifadə edib Ermənistanda vəziyyəti qarışdırmağa və istəklərinə nail olmağa, istədiklərini hakimiyyətə gətirməyə çalışır. Amma bu cəhdlər də hesab edirəm ki, nəticə verməyəcəkdir. Rusiya reallığı başa düşməlidir və reallıqdan çıxış etməlidir. Əgər doğrudan da regionla hansısa münasibətləri qurmaq istəyirsə, onda bu cür təhdidlərdən əl çəkməlidir. Normal şəkildə Ermənistanda və yaxud Azərbaycanda hansı hakimiyyət mövcuddursa, o hakimiyyətlə də əməkdaşlıq qurmalıdır. Rubionun son açıqlamasında da bildirilir ki, ABŞ Ermənistan hər hansı digər ölkə, eyni zamanda Rusiya ilə hər hansı bir münasibətinin davam etdirilməsinin də əleyhinə deyilik. Yəni dünyada da münasibətlər bu şəkildə qurulur. Yəni “yalnız mənlə dost olasan, başqaları ilə düşmən” köhnə bolşevik yanaşması idi. Rusiya hələ ondan da əl çəkmək istəmir. Tutaq ki, Ermənistan əsas tərəfdaş kimi Amerikanı, yaxud Türkiyəni və Azərbaycanı seçir, Rusiyanın da əməkdaşlığını davam etdirir. Rusiya bu reallıqla hesablaşmalıdır”-deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 18:12
Avropa İttifaqı Gürcüstandan əl çəkmir - müxalifətə pul ayırır...

23.09.2026 / 17:55
Trampın jurnalistlərlə “müharibəsi” şiddətlənir...

23.09.2026 / 17:50
Dağ-mədən proqramı: gəlir iki dəfə artmalıdır, amma 5.3 milyard manat investisiya lazımdır...

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ