Ermənistan və ABŞ İranla sərhəd boyunca tranzit dəhlizi olan TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar.
Bu barədə cümə axşamı, 4 iyun tarixində Ermənistan Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Xəbərdə deyilir ki, dövlət katibi sənədi iyunun 1-də Vaşinqtonda imzalayıb və bundan sonra sənəd İrəvana göndərilib. Mirzoyan isə müqaviləni iyunun 4-də imzalayıb və deyib ki, sənəd "ratifikasiya üçün hazırdır".
Ermənistan Xarici İşlər Nazirliyi qeyd edib ki, tərəflər "Sazişin qüvvəyə minməsi üçün zəruri daxili prosedurları" "mümkün qədər tez" tamamlamaq və onun icrasına başlamaq niyyətindədirlər.
Sənəddə o da deyilir ki, Amerika tərəfi TRIPP-i idarə edən şirkətdə 74% paya, Ermənistan isə qalan 26%-ə sahib olacaq. Saziş 49 il müddətinə bağlanıb və bundan sonra Ermənistanın ABŞ ilə birgə müəssisədəki payı 49%-ə qədər artırılmaq şərti ilə daha 50 il uzadıla bilər.
SAMİRƏ