şənbə günü, 26 sentyabr 2026
     

ABŞ, İsrail-İran müharibəsinin Cənubi Qafqaza nə kimi təsirləri ola bilər?

Image


ABŞ, İsrail-İran arasında mümkün hərbi qarşıdurma yalnız Yaxın Şərqlə məhdudlaşmayaraq, geosiyasi baxımdan həssas bölgə olan Cənubi Qafqaza ciddi təsir göstərə bilər. ABŞ, İsrail-İran müharibəsinin Cənubi Qafqaza bir neçə istiqamətdə təsiri ola bilər.

Birincisi, bölgənin təhlükəsizliyi hərbi risklər altında qalır. Cənubi Qafqaz, xüsusilə Azərbaycan İranla uzun sərhədə malikdir. İki əsas hissədən - əsas hissə və Naxçıvandan ibarət olan dövlət sərhədi 689 km-dir. Ermənistanın İranla sərhədi Araz çayı boyunca uzanır, 35 km-dir. İran ərazisinə edilən hava zərbələri sərhəd bölgələrinə də düşə bilər.

İkincisi İranın İsrailə qarşı mümkün cavab tədbirlərində region ölkələrinin dolayı şəkildə cəlb olunma riski də mövcuddur. Müharibənin ilk günlərində Naxçıvana ardıcıl olaraq iki raketin atılması Azərbaycanı da müharibəyə cəlb etməklə bağlı idi. Qeyd etmək lazımdır ki, Türkiyənin də müharibəyə qatılmasında çox maraqlı qüvvələr var. İranda rəsmi hakimiyyət kimin əlindədir, çox qarışıq məsələdir. Birbaşa İranın ali dini liderinə tabe olan SEPAH-ın daxili siyasətə müdaxilə və ya regional hərbi əməliyyatlar zamanı dövlət qanunlarından kənar fəaliyyət göstərə bilməsi onun istədiyi kimi fəaliyyət göstərməsinə imkan verir. Naxçıvan hava limanına İran tərəfindən dron zərbəsi endirilməsindən sonra SEPAH öz “Telegram” kanalında Naxçıvana hücumun məqsədli olduğunu etiraf etdi. İran Azərbaycana və Türkiyəyə raket və ya dron atmaqda hər hansı bir iştirakını rədd etdi. Prezident Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını bildirdi.

Üçüncüsü, müharibə ilə əlaqədar region dövlətlərini müharibəyə cəlb etmək üçün da istər ABŞ, İsrail, istərsə də İran tərəfin kəşfiyyat və hərbi aktivliyi arta bilər. İranla quru sərhədlərin bağlı olmasının əhəmiyyəti burada özünü bir daha göstərir.

Dördüncüsü, Cənubi Azərbaycanda yaşayan 40 milyondan çox azərbaycanlının təhlükəsizliyi məsələsidir. İrandan Azərbaycana qaçqın axını ola bilər.

Beşincisi, enerji təhlükəsizliyi məsələsidir. Cənubi Qafqaz enerji resurslarının nəqli baxımından mühüm tranzit zonadır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi üçün risklər yarana bilər. Yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaq olan Şimal–Cənub Nəqliyyat Dəhlizinə təsir edə bilər, ticarət marşrutlarını dəyişə, logistika xərclərini artıra, regional iqtisadi inteqrasiyanı zəiflədə bilər. Neft və qaz boru kəmərlərinə risk arta bilər.

Altıncısı, iqtisadi təsirdir. Müharibə ilə əlaqədar İrandan ixrac məhdudlaşdırıldığı üçün Cənubi Qafqaza ixrac edilən məhsulların da ixracı dayandırılır, bu məhsulları ixrac edən alternativ dövlətlər olmalıdır. Əks halda regionda həmin məhsulların bahalaşması hiss ediləcəkdir. Regionda sabitliyin pozulması həmçinin investorları çəkindirə bilər. Cənubi Qafqazda turizm, investisiya qoyuluşu azalar.

Yeddincisi, müharibə tərəfləri ilə münasibətlərə təsir edə bilər. Bir tərəfdən ABŞ, yaxud İsrail Cənubi Qafqazdan İrana hücüm etmək üçün istifadə etmək istəyər, tərəf seçmək üçün dolayı təzyiqlər arta bilər. Digər tərəfdən 40 milyondan çox azərbaycanlının olduğu qonşu İranla münasibətlər saxlanılmalıdır. Balanslı siyasət aparan Azərbaycan ABŞ, İsrail-İran müharibəsində də müharibəyə təhrik etmə hallarına rəğmən sona qədər balanslı siyasəti qoruya bildi. İrandan xarici vətəndaşların Azərbaycan yolu ilə çıxarılmasında əhəmiyyətli rol oynadı. İrana 3 dəfə humanitar yardım göstərdi.

Gürcüstan üçün əsas məsələ Rusiyanın onun daxili işlərinə müdaxiləsi məsələsidir və İranı deyil, ABŞ-ı bu mübarizədə ölkələrinin dəstəkçisi kimi görür, İran ilə münasibətlərində hərbi əməkdaşlıq etdiyi ABŞ-ın və İsrailin maraqlarını nəzərə alır. İran da münasibətlərində Gürcüstanın Rusiya ilə münasibətlərini nəzərə alır, Rusiya ilə münasibətlərə xələl gətirməmək üçün Gürcüstanla əlaqələrə ehtiyyatla yanaşır.

Vətən müharibəsində məğlubiyyətindən sonra Ermənistan Rusiya ilə deyil, ABŞ-la münasibətləri gücləndirir. Dünyanın ən böyük ikinci ABŞ diplomatik nümayəndəliyi Bağdaddan sonra Ermənistandadır. 2,5 milyon əhalisi olan Ermənistanda ABŞ səfirliyində 1500 amerikalı diplomat çalışır, böyüklüyü səbəbindən kompleks hərbi-kəşfiyyat mərkəzi kimi dəyərləndirilir. İranla həmsərhəd olan, nefti, qızılı, zəngin təbii sərvətləri olmayan Ermənistanla ABŞ niyə əməkdaşlığa önəm verir? ABŞ Ermənistandan ABŞ və Ermənistan vətəndaşları olan erməniləri İrana ekstradisiya etmək üçün istifadə etmişdir. Ermənistandan İrana keçərkən Norduz sərhəd qapısında təhlükəsizlik yoxlamaları nəticəsində həbs edilən ABŞ vətəndaşı Hal Talayanın ağzında səs yazan olması təsadüfi deyildi.

Ermənistan həmçinin İranla ticarət əlaqələrini gücləndirmişdir. Cənubi Qafqaz dövlətlərinin tərəf seçməsinə təzyiqlər ola bilər və bu da dövlətlərarası münasibətlərə təsirdən yan keçməyəcəkdir. Vətən müharibəsində məğlubiyyətindən sonra Ermənistan açıqca qərbyönümlü siyasət aparır. Eyni zamanda Rusiya ilə müttəfiqlik münasibətlərini dayandırmaqda ehtiyyat edir. Müharibənin gedişində ABŞ Ermənistanı öz tərəfinə çəkməyə çalışa bilər. Bu da Ermənistanın Rusiya ilə münasibətlərini daha da kəskinləşdirə bilər. Ermənistanın enerji və ticarət sahəsində əsas tərəfdaşı hələ də Rusiyadır. İranla sərhəd olan Ermənistan enerji və yanacaq təminatında İrandan da çox asılıdır. İran həmçinin nəqliyyat çıxışlarında Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Ermənistanın xarici ticarətinin bir hissəsi İran üzərindən həyata keçirilir. Ermənistana da qaçqın axını ola bilər. İranda az sayda olsa da, ermənilər yaşayır.

Altıncısı, müharibə yalnız dövlətlərarası münasibətlərə deyil, daxili sabitliyə təsir göstərə bilər. İnformasiya müharibəsi və siyasi təsir cəhdləri arta bilər. Müharibə başlayandan Cənubi Qafqazda, xüsusən də Azərbaycanda, Gürcüstanda İranı müdafiə edən və İsraili müdafiə edən mülki vətəndaşların sosial şəbəkələr üzərindən “soyuq müharibəsi”nin başlaması diqqəti cəlb edir.

Yeddincisi, nəqliyyat logistikasına təsir edir. Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırdı. Yaxın Şərqə uçuşlar qarşılıqlı olaraq təxirə salındı.

ABŞ, İsrail-İran müharibəsi Cənubi Qafqaz üçün həm də bəzi fürsətlər yarada bilər. Beləki, Hörmüz boğazının bağlanması Avropa və Asiyada enerji çatışmazlığı yarada bilər. Çünki dünya neftinin təxminən 20%-i bu boğazdan keçir. Bu ölkələr isə alternativ enerji yolları axtaracaq. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi Hörmüzdən keçmədiyi üçün Cənubi Qafqaz ön plana çıxa bilər. Avropanın Azərbaycan qazına tələbatı yüksələr. Qlobal bazarda neft və qaz qiymətləri arta bilər. Azərbaycanın strateji əhəmiyyəti arta bilər. Gürcüstan da Şərq–Qərb nəqliyyat dəhlizinin əsas hissəsidir və Azərbaycan ilə birlikdə enerji və yük daşımalarında mühüm rol oynayır. İran üzərindən keçən marşrutlar zəifləsə, Azərbaycan, Gürcüstan alternativ tranzit mərkəzinə çevrilə bilər.

Müharibə hər bir halda arzuolunmazdır. Regiondakı gərginliklər qısa bir zamanda Cənubi Qafqaza da mənfi təsir göstərərək təhlükəsizlik risklərini artırmış, qaçqın axınına, iqtisadi itkilərə və nəqliyyat-logistika pozuntularına səbəb olmuşdur.

Ramilə Dadaşova

Siyasi elmlər doktoru, dosent,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq münasibətlər

və geosiyasət şöbəsinin müdiri



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ