şənbə günü, 26 sentyabr 2026
     

İranın Hörmüz üzrə yeni təkliflərini hansı ölkələr dəstəkləyəcək?..

Image


Əli Orucov: "Hörmüz boğazı həm İranın xilas silahı, həm də danışıqların əsas predmetidir"

"Əl-Mayadeen" televiziyasının məlumatına görə, İran vasitəçilərə ABŞ ilə danışıqlar aparmaq üçün üç mərhələli plan təqdim edib. "Əl-Mayadeen" qəzetinin Tehran müxbiri mənbələrə istinadən bildirib ki, danışıqların birinci mərhələsi müharibənin dayandırılmasına, İran və Livana qarşı hərbi əməliyyatların yenidən başlamasına qarşı təminatlara yönələcək. Digər məsələlər bu mərhələdə müzakirə olunmayacaq. Mənbənin sözlərinə görə, razılıq əldə olunarsa, "proses ikinci mərhələyə keçəcək və bu mərhələdə müharibə bitdikdən sonra Hörmüz boğazının idarə olunması məsələlərinə diqqət yetiriləcək". Mövcud məlumata görə, Hörmüz boğazı ilə bağlı müzakirələr Omanla əlaqələndiriləcək. İranın təklifinə görə, üçüncü mərhələ nüvə məsələsinin müzakirəsini əhatə edir. Kanalın qeyd etdiyi kimi, İran tərəfi "ilk iki mərhələdə razılıq əldə olunana qədər bu məsələni müzakirəyə çıxarmaqdan imtina edir". Əgər ABŞ müvafiq danışıqlar planını qəbul edərsə, İran növbəti mərhələyə razı olacaq.

Göründüyü kimi, İran Hörmüz boğazının idarə edilməsini əsas təklif kimi irəli sürüb. Bu təklifin Hörmüz boğazının bağlanmasından əziyyət çəkən ölkələr tərəfindən dəstəklənməsi ehtimalı nə qədərdir? Söhbət Körfəz ölkələrindən, Çindən, Yaponyadan və Avropa ölkələrindən gedir. Bu ölkələrin İranın təklifinə yanaşması necə olacaq?

Məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında politoloq Əli Orucov bildirib ki, ABŞ-İsrail koalisiyasının İrana hücumları gözlənilməz vəziyyət yaratdı.

"Tehran ciddi hərbi-siyasi itkilərə məruz qalsa da, Hörmüz boğazından silah kimi istifadəsi onu təslimçilik aktını imzalamasından və diqtə altında qalmasından xilas etdi. Rejimin xilası Hörmüzdən asılı vəziyyətə gəlib çıxıb. Birləşmiş Ştatların müharibədən qalib çıxması da həmin boğazdan asılıdır. Ona görə də diplomatik müharibədə də masa üzərində əsasən həmin faktor müzakirə predmetinə çevrilib," - deyə politoloq vurğulayıb.

Orucovun sözlərinə görə, ABŞ Hörmüzü hərbi vasitələrlə açmağı ilkin olaraq düşünsə də, bunun riskli olduğunu və böyük itkilər hesabına başa gələcəyini anlayaraq bu seçimi arxa plana atıb.

Politoloq qeyd edib ki, tərəflərin İslamabaddakı 11 aprel görüşünün uğursuzluğundan sonra yenidən müzakirəyə qayıdacaqları əlverişli mühit yaranmadı. Əvəzində güc nümayişi təbliğatına müraciət edilməsi narahatlıq doğurur: "Belə yanaşma və sərt ritorikanın davamı müharibənin yenidən başlanması anlamına gəlir."

"ABŞ hələ ki atəşkəsi uzatmaqla çıxılmazlıqdan qurtulmağa üstünlük verirsə də, paralel olaraq İran ətrafında hərbi gücünü artırır, əlavə qüvvələr cəmləşdirir. Bunu iki cür yozmaq olar: birincisi, Vaşinqton ənənəvi olaraq hərbi təzyiq altında İranı öz şərtləri ilə danışıqlara oturtmaq istəyir; ikinci variant isə müharibənin hələ də masa üzərində qalmasıdır," - deyə ekspert bildirib.

Əli Orucov İranın danışıqların yenidən başlanması üçün ortaya qoyduğu mərhələli həll yolunu da şərh edib. Buna görə, ilkin olaraq ABŞ və müttəfiqi İsrail Livana və İrana hücum etməyəcəyinə təminat verir, ardınca Hörmüz boğazının idarəçiliyi və təhlükəsizliyi razılaşdırılır, hər iki razılaşmaya tam əməl olunduqdan sonra isə nüvənin zənginləşdirilməsi, raket texnologiyasının təkmilləşdirilməsi və proksi qüvvələrə dəstəyin dayandırılması kimi əsas məsələlər müzakirəyə çıxarıla bilər.

"Maraqlı məqam ondan ibarətdir ki, Tehran rejimi uranın zənginləşdirilməsini və raket texnologiyasının təkmilləşdirilməsini İran xalqının hüquqları və qırmızı xətt hesab edir. Raket texnologiyasının müzakirəyə çıxarılmasından isə ümumiyyətlə imtina edir. Hörmüzün idarəçiliyinin hüquqi statusunda da ABŞ-ı kənarda saxlayır. Əslində bu təkliflər elə təkliflərdir ki, ABŞ tərəfindən qəbulu mümkün deyil," — deyə politoloq qeyd edib.

Orucovun fikrincə, Tehran razılaşmaq yox, imitasiya edir: "Göstərmək istəyir ki, Tehran rejimi danışıqlara açıqdır, D. Tramp bundan qaçır. Eyni zamanda bu, öz qüvvələrini yenidən səfərbər etmək və manevr imkanlarını artırmaq üçün vaxt qazanmaq taktikasıdır."

Politoloq həmçinin beynəlxalq kontekstə toxunub. Hindistan, Yaponiya və Cənubi Koreya üçün danışıqların detallarından daha vacib olanın Hörmüzün açılması, təhlükəsizliyi və azad naviqasiyaya imkan verilməsi olduğunu vurğulayıb. Körfəz ölkələrinin isə İranı hələ də təhlükə kimi gördüyünü və boğazın onun nəzarətində qalmasını istəmədiyini bildirib.

"Pekin isə ABŞ-ın həmin bölgədə hər hansı statusda və formada qalmasını qəti şəkildə istəmir. Bu, Çinin milli maraqlarına uyğun deyil. Ona görə də İranın danışıqlardakı mövqeyinin güclənməsinə dəstəyini davam etdirir. Xarici İşlər Naziri Əraqçi Rusiya lideri Putinlə görüşündə də Kremlin İranın mövqeyini ifadə etməsinə yardım göstərməsini istəyəcək. Yəni Hörmüz boğazında Rusiya və Çinin ABŞ ilə mövqelərinin toqquşması problemin həllini çıxılmaza dirəyir," - deyə Əli Orucov yekunlaşdırıb.

Politoloqa görə, mövcud status-kvo çox uzun çəkməyəcək.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ