İran xarici işlər naziri Abbas Araqçi Azərbaycana səfərə gəlib. Bu barədə nazir rəsmi "Telegram" səhifəsində paylaşım edib.
Bundan əvvəl açıqlama verən İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib ki, İran Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir: "Rəsmi Tehran İranın qonşuluğunda - Cənubi Qafqazda sülhün və əmin-amanlığın dayanıqlı olmasında maraqlıdır".
O qeyd edib ki, İran və Azərbaycan arasında qonşuluq, tarixi və mədəniyyət əlaqələri mövcuddur. Bu amillər qarşılıqlı münasibətlərin inkişafını təmin edir.
Ölkəsinin diplomatik əlaqələri gücləndirməklə münasibətlərin inkişafına çalışdığını deyən İsmayıl Bəqai bildirib ki, bu gün İranın xarici işlər naziri Azərbaycana səfər edərək qarşılıqlı əlaqələrin inkişafı istiqamətində rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.
ZÜMRÜD