Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda keçirilən ənənəvi III beynəlxalq konfrans çərçivəsində Böyük Britaniyadan olan ekspert Klaus-Peter Ralf Juergensun moderatorluğu ilə maddi irsin qorunması məsələlərinə həsr edilmiş ikinci panel müzakirəsi olub.
Oaneldə Pakistan Ali Məhkəməsinin vəkili Muhammad Sohail Sajid, İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Carlo Marino, İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita və amerikalı professor Michael Martin Gunter Ermənistan ərazisində azərbaycanlıların mədəni irsinə qarşı aparılmış dağıdıcı fəaliyyətin hüquqi qiymətləndirilməsi və bərpa imkanları barədə fikirlərini bölüşüblər.