Cümə günü, 05 dekabr 2025
     

Prezident İlham Əliyev Bakıda III beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Image

Prezident İlham Əliyev “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusuna həsr olunmuş III beynəlxalq konfransda ürəkdən salamlayıram.

Qədim dövlətçilik və mədəniyyət tarixinə malik Azərbaycan xalqı son iki əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımları ilə üz-üzə qalmış, ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsindən sonra – 1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmışdır.

Ermənistan ərazisində yaşayan azərbaycanlıların dağlıq bölgələrdən daha isti iqlimi olan yerlərə zorla köçürülməsi, onların illərlə qurub-yaratdıqları mülkiyyətin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin ələ keçirilərək dağıdılması və özgəninkiləşdirilməsi bu gün mötəbər sənədlərlə sübuta yetirilən tarixi faktlardır.

Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədilə zaman-zaman məhv etmişdir. Ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyi olduqca əhəmiyyətlidir.

Bu gün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə prosesin başladılması üçün səylərin artırılması vacibdir. Çünki qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir.

Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir.

Deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan İcmasının təmkinli, konstruktiv yanaşması, barışıq və dialoqa açıq olması, öz fəaliyyətini beynəlxalq hüquqa uyğun qurması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi təqdir olunmalıdır.

2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır.

İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır.

Artıq beynəlxalq platformaya çevrilən bu ənənəvi beynəlxalq konfransın işinə uğurlar arzulayır, keçiriləcək müzakirələrin mədəni irsin qorunmasına və qayıdış hüququ barədə anlaşmaya, soydaşlarımızın doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə qayıdışına töhfə verəcəyinə, barışıq və sülhə aparan yolda mühüm addım olacağına əminliyimi bir daha vurğulayıram".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İran Azərbaycanla quru sərhədini açmağa hazırlaşır...

Tanınmış ağdamlı ziyalı Minsk Qrupunu məhkəməyə verəcək - unikal iddia...

“Mehrini Qarabağla dəyişmək Heydər Əliyevin ağıllı diplomatik oyunu idi” - ermənilər arxivlərini açdı...

SON XƏBƏRLƏR

05.12.2025 / 14:45
Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri ilə görüşdü

05.12.2025 / 14:24
"Azərbaycanlılar bu ərazilərin yerli sakinləri olub və zamanla oradan çıxarılıblar" - Amerikalı professor

05.12.2025 / 14:06
Türkiyədə mərc oyunları əməliyyatı - 4 klub rəhbəri və bir hakim saxlandı...

05.12.2025 / 13:46
Şuşada Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirildi

05.12.2025 / 13:36
Azərbaycan və Belarus PUA-lar sahəsində əməkdaşlığı müzakirə etdi...

05.12.2025 / 13:24
Ermənistandan didərgin düşmüş azərbaycanlıların mədəni irsinin bərpası məsələsi müzakirə edildi

05.12.2025 / 12:53
Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək

05.12.2025 / 12:37
Lökbatandakı yanğınla bağlı cinayət işi başlandı

05.12.2025 / 12:31
Prezident İlham Əliyev Tailand Kralını təbrik edib

05.12.2025 / 12:10
Abşeronda qadın boksçu və tələbəsi quldurluğa görə həbs edildi

05.12.2025 / 11:46
"İnformasiya təhlükəsizliyi və media ekosisteminin gücləndirilməsi dövlətin strateji prioritetidir" - MEDİA rəsmisi

05.12.2025 / 11:32
"Ümid edirik ki, Ermənistan tərəfi də bu həqiqətləri nəzərə alacaq" - Əziz Ələkbərov

05.12.2025 / 10:45
"Azərbaycan mediası Gürcüstanın aparıcı media qurumlarının təmsilçiləri ilə birlikdə fikir mübadiləsini lazımlı hesab edir" - Əhməd İsmayılov

05.12.2025 / 10:37
İcraçı direktor: "...dezinformasiya və saxta xəbərlər ciddi təhlükəyə çevrilib”

05.12.2025 / 09:49
Prezident: "Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbidir"

05.12.2025 / 09:43
"Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini zaman-zaman məhv etmişdir" - Prezident

05.12.2025 / 09:40
Bakıda “Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans keçirilir

05.12.2025 / 09:33
Prezident İlham Əliyev Bakıda III beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

05.12.2025 / 09:22
Təhsil Nazirliyi məktəb kitabxanalarına 40 min manatlıq nə kitablar alacaq?..

05.12.2025 / 09:08
Lökbatanda yaşayış binasında gücülü yanğın - 4 nəfər öldü

05.12.2025 / 08:38
MİDA-nın onlayn mənzil satışında yeni narazılıq dalğası qalxıb...

05.12.2025 / 00:27
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Azərbaycan–Ermənistan sülh prosesini müzakirə etdi

04.12.2025 / 23:34
Tramp: “O vaxt razılığa gəlmək lazım idi, indi şərtlər Kiyev üçün daha pisdir"

04.12.2025 / 22:19
Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücumun qarşısı alındı

04.12.2025 / 21:42
Cənubi Amerikanın iki ölkəsinə qarşı eyni vaxtda savaş başlayır...

04.12.2025 / 21:25
İran Azərbaycanla quru sərhədini açmağa hazırlaşır...

04.12.2025 / 21:09
Rubio Ukrayna xalqına “misilsiz yaxşılıq” etmək istəyir - “Donbasın 20 faizini ruslara vermərik”...

04.12.2025 / 20:55
Sarkisyanın Putinə “göz yaşları ilə” yazdığı məktub Ermənistanı çalxalayır...

04.12.2025 / 20:46
Ermənilərin məhkəməsində vəkillərinin müdafiə çıxışı yekunlaşdı

04.12.2025 / 20:41
Avropa gələn sentyabradək Azərbaycan qazından asılılığa imza atmalıdır...

04.12.2025 / 20:28
Tanınmış ağdamlı ziyalı Minsk Qrupunu məhkəməyə verəcək - unikal iddia...

04.12.2025 / 20:14
Almaniya Kansleri Prezident İlham Əliyevə zəng etdi

04.12.2025 / 20:10
Kasprşik Azərbaycanda qədim xalça qalmadı apardı - ancaq hesabatdan gizlənir...

04.12.2025 / 19:55
Məktəblərdə STEAM fənni başlanır - STEAM nədir?..

04.12.2025 / 19:48
Kiyev üçün AB vəsaitləri ilə bağlı "acı həqiqət" ortaya çıxdı... Vaşinqton da qəzəblənə bilər...

04.12.2025 / 19:33
Azərbaycanın beynəlxalq imici, gənclərin rolu...

04.12.2025 / 19:20
Sarkisyanın 2016-cı ildə yazdığı məktub Rusiyanın Qarabağ siyasətini ifşa etdi...

04.12.2025 / 19:06
Paşinyan İsrailə sarı anti-İran gedişi etdi...

04.12.2025 / 19:01
Paşinyan: "Qarabağ problemi əslində 1996-cı ildə həll olunmuşdu, bizə demirdilər..."

04.12.2025 / 18:53
Uşaqlarımızın "Mavi balina" bəlası yenidən qayıdıb...

04.12.2025 / 18:39
“Mehrini Qarabağla dəyişmək Heydər Əliyevin ağıllı diplomatik oyunu idi” - ermənilər arxivlərini açdı...

04.12.2025 / 18:25
AB-nin “Strateji tərəfdaşlıq gündəliyi” Ermənistanı yenidən silahlandırmaq proqramıdır...

04.12.2025 / 18:12
İraq kürd lideri Baxçalıya “qoyun dərisi geymiş qoca qurd” dedi...

04.12.2025 / 17:59
Təhsildə yeni akkreditasiya qaydaları...

04.12.2025 / 17:51
“Tramp Marşrutu”nun zamanında həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir" – Nazir

04.12.2025 / 17:46
AB Rusiya "dezi"nə qarşı mübarizədə Ermənistana 15 milyon avro ayırdı...

04.12.2025 / 17:40
Tramp administrasiyası Bayden dövrünün daha bir standartını ləğv edir – bu dəfə yanacaq qənaəti…

04.12.2025 / 17:37
"Ermənistan Konstitusiyasında dəyişiklik birdəfəlik sülhə imkan yaradacaq" - Ceyhun Bayramov

04.12.2025 / 17:30
Sumqayıtda “mebel alqı-satqısı” adı altında dələduzluq edən şəxs tutuldu

04.12.2025 / 17:22
Netanyahu ABŞ-a ayaq basdığı ​​anda həbs oluna bilər - tarix də açıqlandı…

04.12.2025 / 17:20
Deputat Elnarə Akimova sağlamlıq imkanları məhdud şəxsləri ziyarət etdi

04.12.2025 / 17:07
Qərbin sanksiyaları Rusiya iqtisadiyyatını çökdürür – bir ayda 6,9 milyard dollarlıq itki...

04.12.2025 / 16:33
Rəsmi Moskva Paşinyanı Sarkisyanın Putinə yazdığı məktubu yaydığına görə ittiham etdi

04.12.2025 / 16:21
Uşaqların sevimli “Aybolit”i gəlir

04.12.2025 / 16:18
Belçika Baş naziri dondurulmuş Rusiya milyardlarının müdafiəsinə qalxdı - tarixdə heç bir ölkənin pulları bu şəkildə "oğurlanmayıb"...

04.12.2025 / 16:10
Laçın və Kəlbəcərdəki meşə yanğınlarının söndürülməsinə helikopter cəlb edildi

04.12.2025 / 16:05
Əbülfəs Qarayevin qızından ədəbiyyat irsimizə hörmətsizlik - Nazirlik hərəkətə keçdi...

04.12.2025 / 15:52
Ceyhun Bayramov Aİ-nin Ali Nümayəndəsi ilə görüşdü...

04.12.2025 / 15:38
"ATƏT Ermənistanla Azərbaycan arasındakı sülh prosesində irəliləyiş müşahidə edir" - Finlandiya XİN

04.12.2025 / 15:24
“AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibi dəyişdirildi

04.12.2025 / 15:16
"Mənə xarici xüsusi xidmət orqanına işləyən katalikos lazım deyil" - Paşinyan

04.12.2025 / 15:03
Ermənilərin məhkəməsi təqsirləndirilən şəxslərin müdafiəçilərinin çıxışları ilə davam etdirilir...

04.12.2025 / 14:48
Paytaxtda velosiped və skuter oğruları saxlandı

04.12.2025 / 14:06
Aliment ödəməkdən yayınanlarla bağlı rəqəmlər açıqlandı - 9 ayda 7 minədək...

04.12.2025 / 13:47
"Azərbaycanla artan müdafiə əlaqələrindən qürur duyuruq" - Britaniya səfiri

04.12.2025 / 13:33
İki ev və metal qəbulu məntəqəsini soyanlar yaxalandı...

04.12.2025 / 13:17
Yasamalda avtomobil qaçıran şəxslər saxlandı

04.12.2025 / 12:53
Gürcüstanda aksiya iştirakçılarına qarşı kimyəvi maddələrdən istifadə edilib? - ABŞ-dan sanksiya çağırışı...

04.12.2025 / 12:37
Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyü məsələsinə məhkəmədən sonra baxılacaq...

04.12.2025 / 12:12
"Sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycandır" - Prezident

04.12.2025 / 12:05
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO

04.12.2025 / 11:38
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü stasionar posta "ilişdi"

04.12.2025 / 11:10
Məleykə Abbaszadə: "Ramiz Mehdiyev böyük filosofdur" - VİDEO

04.12.2025 / 10:02
Bakı metrosu ötən ay 20 milyondan çox sərnişin daşıyıb

04.12.2025 / 09:25
Əkrəm Həsənov bankların "20 dollar faizinə" dəstək verdi - ekspertlər isə rədd etdi...

04.12.2025 / 09:22
Ceyhun Bayramov və Hakan Fidan Vyanada görüşüblər - YENİLƏNİB

04.12.2025 / 09:18
Çindən Makrona MESAJ - "Məsuliyyətli ol!"

04.12.2025 / 09:07
"Arsenal"dan qələbə, "Çelsi" və "Liverpul" xal itirdi

04.12.2025 / 09:01
Bu gün Mərdəkanın bir hissəsi işıqsız qalacaq...

04.12.2025 / 08:32
Mərkəzi Bankın qərarı cəmiyyətdə genişmiqyaslı anlaşılmazlıq doğurdu…

04.12.2025 / 03:54
"Putin razılaşmaq istəyir" - Tramp elan etdi!

Azərbaycanın beynəlxalq imici, gənclərin rolu...

XƏBƏR ARXİVİ