çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Azərbaycanın beynəlxalq imici, gənclərin rolu...

Image


Müasir qloballaşma dövründə ölkələr arasındakı sərhədlər nisbi məna kəsb etsə də, milli kimlik və vətənə bağlılıq dəyərləri öz aktuallığını daha da artırıb.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər həm öz gələcəklərinin formalaşmasında, həm də Azərbaycanın beynəlxalq imicinin güclənməsində mühüm rol oynayırlar. Xüsusilə diaspor gənclərinin vətənpərvərlik fəaliyyəti milli maraqların qorunması, mədəni irsin təbliği və Azərbaycanın dünya ictimaiyyətində layiqli yer tutması baxımından əvəzolunmaz əhəmiyyət daşıyır.

Gənclər milli-mədəni kimliyin qorunması istiqamətində genişmiqyaslı işlər görürlər

Diaspor gənclərinin əsas üstünlüklərindən biri onların müxtəlif ölkələrin sosial, mədəni və siyasi mühitinə daha dərindən inteqrasiya olunmalarıdır. Bu inteqrasiya onlara Azərbaycan həqiqətlərini həmin ölkələrin ictimaiyyətinə daha effektli şəkildə çatdırmaq imkanı yaradır. Qeyd edilən fonda Macarıstanın paytaxtı Budapeştdə “Diaspor gəncləri: strateji hədəflərə doğru” mövzusunda Azərbaycan Diaspor Gənclərinin İşçi Qrupunun bu günlərdə baş tutan görüşü mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Evində keçirilən görüşə Diaspor Gənclərinin Yay Düşərgələrində iştirak edən azərbaycanlı gənclər qatılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan və müasir yanaşmalar əsasında inkişaf edən diaspor siyasətində gənclərin xüsusi yeri barədə danışıb. Bildirib ki, müasir dünyada diaspor, o cümlədən burada yer alan gənclər artıq sadəcə mədəni icma deyil, informasiya müharibəsinin güclü aktorudur. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin də bu sahədə uğurları var və onlar ortaq müzakirə platformalarının yaradılması, milli-mədəni kimliyin qorunması istiqamətində faydalı işlər görürlər. Fuad Muradov Diaspor Gənclərinin Yay Düşərgələrinə diqqət çəkib. O, düşərgələrin gənclərdə vətənə bağlılıq hissini inkişaf etdirdiyini söyləyib. Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə diaspor gənclərinin fəaliyyətini və keçirilən tədbiri müsbət qiymətləndirib. Macarıstandakı Azərbaycan Evinin və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə “Diaspor gəncləri: strateji hədəflərə doğru” mövzusunda keçirilən toplantı “Konstitusiya və Suverenlik İli”nə və Qarabağda şanlı Zəfərimizin beşilliyinə həsr olunub. Milli kimliyin qorunması diaspor gənclərinin vətənpərvərlik fəaliyyətinin digər mühüm istiqamətidir. Diaspor mühitində böyüyən gənclər çox vaxt assimilyasiya riski ilə üzləşirlər. Bu baxımdan onların milli dəyərlərə, dilə və tarixə bağlılığının möhkəmləndirilməsi həm fərdi kimlik, həm də milli varlığın davamlılığı üçün vacibdir. Mədəni tədbirlərin təşkili, milli bayramların qeyd olunması, Azərbaycan dilində təhsil və kursların təşkili, folklor və incəsənət nümunələrinin təbliği gənclərin öz köklərinə bağlı qalmalarına xidmət edir. Bu fəaliyyətlər nəticəsində gənclər həm öz milli kimliklərini qoruyur, həm də yaşadıqları cəmiyyətə Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirirlər. Gənclərin, xüsusilə xaricdə təhsil alanların intellektual potensialı da vətənpərvərlik fəaliyyətinin önəmli hissəsidir. Onlar müxtəlif sahələrdə qazandıqları bilik və təcrübəni Azərbaycanla bölüşməklə ölkənin elmi, iqtisadi və texnoloji inkişafına töhfə verə bilərlər. Beynəlxalq layihələrdə iştirak edən gənclər Azərbaycanın innovasiyalar, startap ekosistemi və elm sahəsində əməkdaşlıqlarını genişləndirmək üçün körpü rolunu oynaya bilərlər. Bu baxımdan diaspor gənclərinin intellektual və peşəkar potensialından istifadə edilməsi həm ölkə üçün strateji, həm də gənclərin öz gələcəyi üçün olduqca faydalıdır.

Azərbaycan gəncinin dünya miqyaslı zəruri missiyası...

Gənclərin ictimai diplomatiyada iştirakı da vətənpərvərlik fəaliyyətinin mühüm istiqamətlərindən biridir. İctimai diplomatiya dövlətlər arasında münasibətlərin yalnız rəsmi səviyyədə deyil, həm də cəmiyyətlərin birbaşa ünsiyyəti ilə inkişaf etdirilməsini nəzərdə tutur. Diaspor gəncləri müxtəlif tələbə təşkilatlarında, beynəlxalq qeyri-hökumət qurumlarında və könüllü layihələrdə aktiv rol almaqla Azərbaycanın maraqlarını müdafiə edə, ölkəmizin müasir və tolerant imicini formalaşdırır. Belə fəaliyyətlər təkcə Azərbaycanı təbliğ etmir, həm də gənclərin liderlik bacarıqlarının inkişafına xidmət edir.

Burada onu da xatırladaq ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində isə hər il 500 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. 2025-2026-cı tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Bu il gənclər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə ediblər. Bundan başqa, müasir informasiya texnologiyaları diaspor gənclərinə geniş imkanlar açır. Sosial media vasitəsilə aparılan kampaniyalar, video və məqalələrin hazırlanması, beynəlxalq auditoriyaya yönəlik maarifləndirici kontentlərin yaradılması informasiya mübarizəsində mühüm əhəmiyyət kəsb edir. Virtual məkanda gənclərin aktivliyi Azərbaycanın ədalətli mövqeyinin tanıdılmasına, yalan və təhrif olunmuş məlumatların qarşısının alınmasına böyük töhfə verir. Gənclər bu sahədə ən çevik və innovativ qrup olduqları üçün onların fəaliyyətinin təsir gücü çox yüksəkdir. Vətənpərvərlik fəaliyyəti yalnız informasiya, diplomatiya və mədəniyyət sahələri ilə məhdudlaşmır. Diaspor gəncləri həm də sosial həmrəyliyə və humanitar təşəbbüslərə qoşulmaqla milli birliyi gücləndirirlər. Təbliğat aksiyalarında iştirak, xeyriyyə tədbirlərinin təşkil edilməsi, təbii fəlakət və ya müharibə zamanı Azərbaycan xalqına dəstək göstərilməsi bu həmrəyliyin bariz nümunəsidir. Gənclərin belə təşəbbüslərdə iştirakı həm milli dəyərlərə bağlılıq nümayiş etdirir, həm də onların sosial məsuliyyətini artırır. Beləliklə, gənclərin vətənpərvərlik fəaliyyəti Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, milli kimliyin qorunması, mədəni irsin yaşadılması və dövlət maraqlarının müdafiəsi baxımından böyük strateji əhəmiyyətə malikdir. Onların bilik və bacarıqlarından, enerjisindən və təşəbbüskarlığından düzgün istifadə olunması diaspora siyasətinin daha səmərəli həyata keçirilməsinə şərait yaradır. Hər bir diaspor gənci harada yaşamasından asılı olmayaraq ölkəsinin təəssübünü çəkmək, milli dəyərləri qorumaq və dünyada Azərbaycanı layiqincə təmsil etmək missiyasını daşıyır. Bu missiyanın uğurla yerinə yetirilməsi isə həm milli həmrəyliyin, həm də dövlətçilik ideyasının möhkəmlənməsinə xidmət edir.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ