çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Tanınmış ağdamlı ziyalı Minsk Qrupunu məhkəməyə verəcək - unikal iddia...

Image


Binnət Hümbətoğlu: “Bir vətəndaş kimi, ləğv olunmuş Minsk Qrupunu beynəlxalq məhkəməyə vermək niyyətindəyəm”

ATƏT-in Minsk Qrupunun Azərbaycanın tələbi ilə ləğv olunması yeni məsələləri gündəmə gətirir.

Tanınmış mədəniyyətşünas, ağdamlı ziyalı Binnət Hümbətoğlu “Bakı-Xəbər”ə bildirdi ki, ləğv edilmiş Minsk Qrupunun hüquqi baxımdan da cəzalandırılması üçün bir vətəndaş kimi beynəlxalq məhkəməyə müraciət etmək niyyətindədir.

- ATƏT-in Minsk Qrupu ləğv edilsə də, öz üzərinə götürdüyü məsuliyyətli öhdəliyi yerinə yetirmədiyi, Azərbaycan dövlətinə və xalqına ciddi maddi-mənəvi ziyan vurduğu, münaqişənin həll edilməsi istiqamətində heç bir addım atmadığı üçün beynəlxalq hüquq müstəvisində cavab verməlidir. “Bakı-Xəbər” media qrupunun rəhbəri Aydın Quliyev bildirir ki, ATƏT-in Minsk Qrupu 30 illik yarıtmaz fəaliyyəti ilə bağlı hesabat təqdim etməlidir. Bu çox yaxşı fikirdir. Düşünürəm ki, biz də öz növbəmizdə onların fəaliyyəti ilə bağlı hesabatımızı hazırlamalıyıq. Onların yalanları ifşa olunmalıdır.

Hesab edirəm ki, keçmiş Minsk Qrupunun və onun həmsədrlərinin hüquqi baxımdan əməlləri cəzasız qalmamalıdır. Bir vətəndaş kimi ləğv olunmuş Minsk Qrupunu beynəlxalq məhkəməyə vermək niyyətindəyəm. Onlarla bağlı beynəlxalq məhkəmələrdə iddia qaldırmaq istəyirəm. Bu məsələyə siyasi baxımdan qiymət verilməsi ilə yanaşı hüquqi baxımdan da qiymət verilməlidir. Hesab edirəm ki, bu təşəbbüslə ölkənin görməli ziyalıları, elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış simaları da çıxış edərsə, biz öz məqsədimizə nail ola bilərik.

- Siz beynəlxalq məhkəməyə hansı yolla müraciət etmək istəyirsiniz?

- Bu qrupun 30 il müddətində fəaliyyətini araşdırmaq, oradakı cinayət tərkibli məqamları tapıb sənədləşdirib beynəlxalq hüquq mütəxəsislərinin dəstəyi ilə beynəlxalq məhkəməyə çıxarmaq istəyirəm. Mən bu məsələdə hüquqşünaslarımızın köməyindən istifadə edəcəyəm.

Çünki ATƏT-in Minsk Qrupunun 30 illik fəaliyyəti qaranlıq və şübhəlidir. Minsk Qrupu münaqişənin həllinə heç bir köməklik göstərməməkləri ilə yanaşı, Azərbaycan dövlətinə böyük miqdarda maddi ziyan vurub. Bu prosesdə ədalətli mövqe tutmayıblar, Azərbaycanı süni maneələrlə ləngidiblər, ermənipərəstlik ediblər, ziyanlı iş aparıblar, nəsli dəyişdirib işğal altında olan torpaqlarımızı yaddan çıxartdırmaq istəyiblər ki, bizim gənclik işğal faktı ilə barışsın. Mən bunu onların cinayəti hesab edirəm və beynəlxalq məhkəmə də bunu belə qiymətləndirməlidir. Onların səmərəsiz fəaliyyəti nəticəsində bizə dəyən iqtisadi zərbələr də unudulmamalıdır. Minsk Qrupunun həmsədrləri bura tursist kimi gəlib-gedirdilər, problemin həllinə isə çalışmırdılar. Buradan nələr apardıqlarını özləri yaxşı bilir. Amma bütövlükdə həmsədrlər ölkəmizə vurduqları zərərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir.

- Birinci Qarabağ müharibəsində sizin ailəniz də çox faciələr yaşayıb...

- Bəli, bu baxımdan belə bir addım atmaq istəyirəm. Bir ağdamlı kimi Minsk Qrupunu beynəlxalq məhkəməyə verməyə haqqım çatır.

Qardaşım Əsgəranda şəhid olub, əmim oğlu, Milli Qəhrəman Nadir Əliyev Ağdam uğrunda canını fəda edib. Tayfamız, nəslimiz çox itkilər verib. Dayım ailəsi ilə birgə Meşəlidə öldürülüb, yandırılıb. Yaxın və uzaq qohumlarım Şuşada, Xocalıda, Ballıqayada şəhid olublar. Ballıqaya faciəsində həlak olanların hamısı dayılarımın həyat yoldaşlarının qohumları idi.

- Siz xüsusi komissiyanın yaradılmasını da istəyirsiniz. Necə bir komissiya yaradılmalı və fəaliyyəti nədən ibarət olmalıdır?

- Hesab edirəm ki, bu prosesin başladılması üçün bir komissiya yaradılmalıdır. Mən bir neçə il əvvəl Milli Məclisin Mədəniyyət komitəsinə yazılı müraciət göndərmişdim, Azərbaycana qarşı əsassız, qərəzli mövqe tutan, böhtanlar atan xarici qüvvələrlə, beynəlxalq təşkilatlarla, onların nümayəndələri ilə bağlı beynəlxalq hüquq müstəvisində məsələlərin qaldırılması istiqamətində xüsusi komissiyanın yaradılmasını təklif etmişdim. Qənirə Paşayeva rəhmətə getdi və bu təklifə də baxılmadı, yarı-yarımçıq qaldı. Amma təklifim aktualdır, hansısa dövlət qurumunun nəzdində belə bir komissiyanın yaradılmasına zərurət var.

Ümumiyyətlə, üzv olduğumuz BMT-nin və digər bütün beynəlxalq təşkilatların Azərbaycan dövləti qarşısında öhdəlikləri var. Çünki biz o qurumlara illik üzvlük haqqı ödəyirik. Öhdəliklər də birtərəfli deyil, ikitərəfli olur, biz dövlət olaraq öz öhdəliyimizi yüksək səviyyədə yerinə yetiririk. Təəssüf ki, biz bir çox beynəlxalq təşkilatlarda bunu görmürük. O qurumlar üzv dövlətlərin illik ödənişləri hesabına özlərini saxlayırlar. Amma gəlin görək bunlar bizim haqqımızı nə qədər müdafiə ediblər? Etməyiblər. Bu qurumlar bizim öz pulumuzla özümüzün əleyhimizə işləyiblər. Bütün bunlara görə cavab verilməlidir. 30 ildə Avropa Şurası bir dəfə də olsun Azərbaycanla bağlı ədalətli qərar qəbul etmədi, bütün qərar və qətnamələri antiazərbaycan mövqeyindən oldu, qərəzlə, yalanla “süsləndi”, ölkəmizin əleyhinə qərarlar qəbul etdilər. Eləcə də BMT-nin təsisatı olan ATƏT-in Minsk Qrupu bizim əleyhimizə fəaliyyət göstərdi. Minsk Qrupu Azərbaycana həm maddi təzminat ödəməlidir, həm hüquq müstəvisində cavab verməlidir, həm də mənəvi zərərə görə dövlətimizdən, xalqımızdan üzr istəməlidir. Mənim millətim qırılıb, sərvətim dağılıb talan olub, ölkəmizə milyardlarla dollar ziyan vurulub. Bu zərərin hamısı ödənilməlidir. Yəni burada erməni tək deyil, Minsk Qrupunun da, rusların da, başqa beynəlxalq qurumların da payı var. 1800-cü ildən bəri bizə vurulan maddi və mənəvi zərər hesablanıb ödənilməlidir. Mənim hesabıma görə, bu məbləğ trilyona çatır.

- Avropa İttifaqının diplomatik strukturlarında çalışanlarla bağlı rüşvət, korrupsiya iddiaları yayılıb. Halbuki, o qurumlar müxtəlif vaxtlarda Azərbaycana qarşı əsassız iddialar irəli sürüblər. Siz bu barədə nə deyə bilərsiz?

- Avropanın bizim əleyhimizə işləyən qüvvələrinin bəzilərini rüsvət üstündə mühakimə edirlər. Belçika polisi Avropa İttifaqının diplomatik xidmətinin sabiq rəhbəri Federika Moqerinini həbs edib. Bir neçə nəfərin də saxlandığı bildirilir. Bu adam da, başqaları da, bəzi ABŞ senatorları və konqresmenləri də erməni lobbisindən aldıqları rüşvət müqabilində Azərbaycana qarşı qərəzli kampaniyalar aparırdılar. Çox yaxşı olar ki, onların antiazərbaycan təbliğatı aparmaq üçün aldıqları rüşvətlər, bulaşdıqları korrupsiya cinayətləri, bizə qarşı qəbul etdikləri qərəzli qərarlar haqda geniş araşdırma aparılsın, onlar sənədləşdirilsin və mühakimə olunduqları məhkəməyə göndərilib iddia qaldırılsın. Rüşvət, korrupsiya cinayətləri ilə mühakimə olunan həmin şəxslərə qarşı iddialar qaldırmalıyıq. Bizə qarşı qərəzli mövqe tutan heç bir xarici qüvvə cəzasız qalmamalıdır. Bu həm də onlara dərs olardı ki, Azərbaycan dövləti və xalqı ona qarşı yönələn heç bir çirkin təxribatı cavabsız qoymur.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ