çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

ABŞ Ukraynanı yolda qoydu - Rusiyanın sülh planı işləməyə başlayır...

Image


ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşner gələn həftə Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcəklər.

Trampın sözlərinə görə, Kuşner Ukraynada sülh prosesində iştirak edir və Uitkoffla birlikdə danışıqlar üçün Rusiyaya “yüksək ehtimalla” səfər edəcək: “Məncə, onlar gələn həftə Moskvada prezident Putinlə görüşəcəklər”.

Bununla yanaşı, ABŞ prezidenti bəyan edib ki, sülh razılaşmasına nail olmaq üçün Ukrayna bəzi ərazilərdən imtina etməlidir, əks halda bu əraziləri bir neçə ay ərzində itirə bilər: “Baxın, hər şey bir istiqamətdə gedir. Nəhayət, yaxın bir neçə ay ərzində bu torpaqlar Rusiyanın əlinə keçə bilər. Deməli, ya döyüşüb daha 50–60 min insan itirmək istəyirsiniz, ya da elə indi nəsə etmək istəyirsiniz. Bu müharibə illərlə davam edə bilər və Rusiyanın daha çox insan və hərbi resursu var. Ona görə mən hesab edirəm ki, Ukrayna saziş bağlaya bilsə, bu çox yaxşı olardı. Düşünürəm ki, bu, hər iki tərəf üçün əla seçim olar”. Tramp qeyd edib ki, onun komandası son bir həftə ərzində Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq istiqamətində mühüm irəliləyiş əldə edib. Ağ Ev rəhbəri qeyd edib ki, sülh planı ilkin olaraq 28 bənddən ibarət idi, lakin hər iki tərəfin təkliflərini nəzərə almaq üçün yenidən işlənib. Bu fonda o da bəlli olub ki, ABŞ ordu naziri Daniel Driskoll Əbu-Dabidə Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə 19 bəndlik ixtisar olunmuş planı Rusiya rəsmilərinə təqdim edib. CBS telekanalı nazirin artıq həftənin əvvəlində Əbu-Dabidə Rusiya nümayəndələri ilə görüşdüyü və danışıqların bir neçə gün davam etdiyi barədə xəbər yayıb. “Financial Times” isə Daniel Driskollun Rusiya nümayəndə heyəti və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovla danışıqlar aparmaq üçün Əbu-Dabiyə gəldiyini yazıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov görüşün keçirilməsi və Ukrayna üzrə planın müzakirəsi ilə bağlı ABŞ-dan siqnal aldıqlarını, lakin bu istiqamətdə konkret razılaşmaların hələlik olmadığını bildirib. Xatırladaq ki, Qərb mediası hələ ötən həftə ABŞ-ın sülh planı haqqında məlumat yaymağa başlayıb. Nüfuzlu nəşrlər planın 28 bənddən ibarət olduğunu və bunların bəzilərinin Ukrayna üçün qəbuledilməz olduğunu qeyd edib. Sənəddə Donetsk və Luqansk vilayətlərinin Rusiyanın tam nəzarəti altına keçəcəyi nəzərdə tutulurdu. Eyni zamanda, Ukrayna ordusunun sayına məhdudiyyət qoyuldu – 600 min nəfərə qədər. Bu fonda Ukrayna rəsmiləri sülh planını tənzimləmək üçün Cenevrədə amerikalı həmkarları ilə görüşüblər. Bu xüsusda “Financial Times” Ukrayna prezidentinə yaxın yüksək vəzifəli ukraynalı məmurlara istinadən yazır ki, Kiyev ABŞ və onun avropalı tərəfdaşları ilə müzakirə edilən çərçivə sazişi çərçivəsində ordusunu 800 min əsgərlə məhdudlaşdırmağa razılaşıb. Nəşrin məlumatına görə, bu şərt Cenevrədə razılaşdırılmış 19 bənddən ibarət yeni sülh planı layihəsində öz əksini tapıb və bu, ABŞ və Rusiyanın iştirakı ilə hazırlanmış əvvəlki variantı əvəz etmək üçün nəzərdə tutulub. Qeyd olunur ki, yeni sənəd orijinal variantdan fərqli olaraq ərazi və təhlükəsizlik təminatları kimi həssas məsələləri təfərrüatlandırmır, onları Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Donald Trampın şəxsi qərarlarına buraxır.

Bununla yanaşı, Ukraynanın ABŞ-ın təklif etdiyi sülh sazişi layihəsinə razılıq verdiyi açıqlanıb . Ukrayna prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Rustem Umerov bildirib ki, təkliflə bağlı ümumi anlaşma əldə olunub, lakin detalların hələ də işlənib hazırlanmasına ehtiyac var: “Ukraynalılar sülh sazişi ilə razılaşıblar. Bəzi xırda detallar var ki, onları aradan qaldırmaq lazımdır”. Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksandr Bevzın isə qeyd edib ki, Cenevrədə ABŞ rəsmiləri ilə danışıqlar çox konstruktiv olub. Ukrayna təklif olunan sülh planının hər bir bəndini müzakirə edə bilib: “Hamının gördüyü 28 bənddən ibarət plan artıq mövcud deyil. Bəzi bəndlər çıxarıldı, digərləri dəyişdirildi. Ukrayna tərəfindən verilən heç bir irad cavabsız qalmadı”. Onun sözlərinə görə, ən problemli məsələlər üzrə son qərarları Volodimir Zelenski və Donald Tramp verəcək. İndi əsas məsələ Rusiyanın sülh planına reaksiyasının necə olacağıdır. Görünən odur ki, plan daha çox Rusiyanın istəklərinə uyğundur. Qlobal Siyasət İnstitutunun prezidenti, Vaşinqtondakı Bay Atlantik Universitetinin politologiya və beynəlxalq münasibətlər üzrə professoru Paolo Von Şirah qeyd edir ki, Avropanın sülh planında rolu ABŞ tərəfindən arxa plana atılıb: “Bu plan ilk baxışdan Ukrayna üçün o qədər də yaxşı görünmür. Çünki əhəmiyyətli dərəcədə ərazi itkilərini qəbul etməli olacaq. Məsələ təkcə ərazi itkiləri deyil, həm də Ukrayna Silahlı Qüvvələrinin sayına məhdudiyyətlər nəzərdə tutulub. Bununla yanaşı Ukraynanın beynəlxalq ittifaqlara, xüsusən də, NATO-ya qoşulmaq potensialı, Avropa İttifaqında iştirakının gələcəyi məhdudlaşdırılır. Yəni, Ukraynaya bir çox səviyyədə əhəmiyyətli məhdudiyyətlər olacaq. Sual budur ki, hər iki tərəfə külli miqdarda maliyyə itkinsinə və yüz minlərlə insanın ölümünə, dağıntılara səbəb olan münaqişəyə son qoya bilmək üçün yeganə yol budur? Bu, bir təklifdir və hələ bitməyib. O demək deyil ki, layihəni dəyişdirmək, düzəlişlər etmək mümkün olmasın”. O deyib ki, indiki halda vəziyyət Ukraynanın xeyrinə olmasa belə ABŞ bu məsələyə tez bir zamanda son qoymaq istəyir. Onun sözlərinə görə, bunu qəbul etmək hərbi işğalı normallaşdırır və beynəlxalq hüquq, BMT Nizamnaməsi ilə vidalaşmaq deməkdir: “Əlbəttə ki, tamamilə fərqli bir ssenari irəli sürmək olar. Ukraynanı dəstəkləyən Qərbin səyləri ikiqat artırıla bilər. Hazırda görünür ki, zaman Rusiyanın tərəfindədir. Qərb tükənib. ABŞ Ukrayna məsələsini öz “boşqabında” saxlamaq istəmir”. “Politico”nun məlumatına görə, Trampın əsas prioriteti sülh sazişinin yekun məzmunundan asılı olmayaraq, Ukraynada müharibəyə son qoymaqdır. Nəşr qeyd edib ki, Avropa və Ukrayna, yumşaq desək, Donbası Rusiyaya verəcək sülh planına təəccüblənsə də, Ağ Ev vurğulayır ki, Trampın “qırmızı xətləri” yoxdur – o, tərəflərin razılığa gəlməsi və müharibənin bitməsi ilə maraqlanır. Adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi nəşrə deyib ki, əsas məqsəd sülhdür: “Bu, əldə edilə biləcək ən vacib şeydir. Döyüşü dayandırın, qətli dayandırın. O, ilk növbədə bunu istəyir". O, əlavə edib ki, Tramp müharibəni dayandıran və tərəflərin mümkün qədər tez razılaşa biləcəyi istənilən müqaviləni imzalayacaq. Avropa səlahiyyətliləri bu sülh planını əvvəlcə Rusiya lideri Vladimir Putinin arzu siyahısı kimi rədd etdilər. Amma sonradan ABŞ-ın təzyiqi ilə mövqelərində dəyişikliklər etdilər. Görünən odur ki, Qərb Ukraynanı sonadək müdafiə etməkdən imtina edir.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ