çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Azərbaycan türk dünyasında da öz təsir gücünü mərhələli şəkildə artırır...

Image


Son illərdə Azərbaycan türk dünyasında öz mövqeyini gücləndirərək siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində aparıcı aktorlardan birinə çevrilib. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində həyata keçirilən inteqrasiya prosesləri Azərbaycan üçün yalnız xarici siyasət prioriteti deyil, həm də milli maraqların qorunması, ictimai birliyin gücləndirilməsi və strateji təhlükəsizliyin təmin olunması baxımından mühüm alətə çevrilib.

Azərbaycanın türk birliyində artan rolu həm tarixi bağların möhkəmlənməsinə, həm də ölkənin dövlətçilik və təhlükəsizlik maraqlarının daha effektiv müdafiə edilməsinə şərait yaradır.

Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaq

Türk dünyası ilə əlaqələr Azərbaycanın xarici siyasətinin belə demək mümkün olarsa, ən qədim istiqamətlərindən biridir. Lakin bu münasibətlərin müasir dövrdə yeni keyfiyyət mərhələsinə yüksəlməsi bir neçə amillə bağlıdır. İlk növbədə, XX əsrin sonundan başlayaraq Azərbaycan öz tarixini, milli kimliyini və mədəni özünüdərkini gücləndirmək üçün türk kimliyini mühüm dayaq nöqtəsi kimi qəbul edib. Bu, ictimai şüurda milli həmrəyliyin artmasına və xalqın öz mənəvi köklərinə bağlılığının güclənməsinə səbəb olub.

Digər tərəfdən, geosiyasi dəyişikliklər, yeni təhlükəsizlik çağırışları və regional güc balansındakı yenilənmələr türk dövlətlərinin bir-birinə daha sıx inteqrasiya ehtiyacını artırıb. Bu məqamda Azərbaycanın təşəbbüskar, fəal və sistemli siyasəti türk coğrafiyasında mühüm rol almasına imkan verib. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində də prezident İlham Əliyev qeyd edib ki, bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır: “Azərbaycan Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə kimi üzv ölkələrin vətəndaş cəmiyyəti təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışır. Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qızıl Aypara Cəmiyyətləri Prezidentlər Şurasının iclasının keçirilməsi, QHT-lərin indiki həmrəylik forumu və ardınca TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin növbəti toplantısı bu sahədə aparılan işlərin miqyasını və çoxşaxəli xarakterini nümayiş etdirir. Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır. Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır”. Türkiyədən olan ekspert, “Genar” Araşdırma Şirkətinin rəhbəri İhsan Aktaş bildirir ki, inkişaf edən iqtisadiyyatı, güclü ordusu və geniş beynəlxalq əlaqələri sayəsində Azərbaycan türk dünyasının aparıcı dövlətlərindən biri kimi mövqeyini möhkəmləndirib, TDT-nin əsas aktorlarından birinə çevrilib. “Bu mövqe onun həm Cənubi Qafqazda, həm də türk dünyasında təsir gücünü mərhələli şəkildə artırmağa davam edəcək”. Azərbaycanın türk dünyasında artan rolunun ən bariz nümunəsi TDT çərçivəsindəki liderlik təşəbbüsləridir. Azərbaycanın təşkilatın fəaliyyətini gücləndirən layihələrdə iştirak etməsi, türkdilli dövlətlər arasında nəqliyyat, enerji, ticarət və mədəni əməkdaşlıq platformalarının yaradılmasında aparıcı rol oynaması onun bölgədə nüfuzunun artmasına səbəb olub. Bu layihələr təkcə türk dünyasında inteqrasiyanı artırmır, həm də Azərbaycanın regional və qlobal siyasətdə mövqeyini gücləndirir. Bununla yanaşı, Azərbaycan TDT-nin qərarverici prosesində aktiv rol oynayaraq təşkilatın institusional inkişafına mühüm töhfələr verir. Nəticədə öz ictimai və dövlət maraqlarının müdafiəsini qeyd edilən istiqamətdə də uğurla həyata keçirir.

Türk dünyasında artan həmrəylik Azərbaycanın maraqlarının daha uğurlu şəkildə müdafiəsinə yeni təkan verir

Türk dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın təhlükəsizlik mühitinin möhkəmləndirilməsi baxımından vacibdir. Türk dünyası ilə strateji yaxınlıq sayəsində ölkə həm siyasi dəstək, həm də regional sabitlik baxımından üstün mövqeyə malikdir.

2020-ci il 44 günlük Vətən müharibəsi dövründə türk dövlətlərinin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bunun ən bariz nümunələrindən biridir. Xüsusilə Türkiyənin qəti mövqeyi, digər türk respublikalarının Azərbaycana diplomatik dəstəyi Ermənistanın təcavüzkar siyasətinə qarşı kollektiv qarşıdurma imkanı yaratdı. Bu hadisə türk birliyinin Azərbaycanın suverenlik və ərazi bütövlüyü məsələlərində nə qədər mühüm rol oynadığını praktik şəkildə göstərdi. Türk dünyasında artan həmrəylik Azərbaycanın hərbi və müdafiə qabiliyyətinin güclənməsinə də müsbət təsir edir. Birgə təlimlər, müdafiə sənayesi əməkdaşlığı və təhlükəsizlik mexanizmlərinin koordinasiyası milli təhlükəsizlik sisteminin yeni səviyyədə formalaşmasına zəmin yaradır. Azərbaycanın türk dövlətləri ilə iqtisadi əməkdaşlığı ölkənin iqtisadi təhlükəsizliyinin və inkişaf strategiyasının mühüm komponentidir. Xəzər hövzəsi, Mərkəzi Asiya və Anadolu vasitəsilə keçən nəqliyyat və enerji xətləri Azərbaycanı regionun mühüm iqtisadi aktoruna çevirir. TDT çərçivəsində həyata keçirilən iqtisadi layihələr Azərbaycan üçün bir neçə üstünlük yaradır. Məsələn bu sayədə yeni bazarlara çıxış,tranzit və logistika gəlirlərinin artması, enerji layihələri vasitəsilə geosiyasi təsirin möhkəmlənməsi, şaxələndirilmiş ticarət əlaqələrinin qurulması, regional rəqabət qabiliyyətinin artırılması kimi üstünlüklər əldə edilir. Bunlar həm dövlət maraqlarının qorunmasına, həm də iqtisadi inkişafın davamlı olmasına şərait yaradır. Türk dünyası ilə inteqrasiyanın ən mühüm təsirlərindən biri Azərbaycan cəmiyyətində milli kimliyin, vətənpərvərliyin və ictimai həmrəyliyin güclənməsidir. Türk dövlətləri ilə sıx münasibətlər mədəni və tarixi bağlılıqlara əsaslandığı üçün ictimaiyyət tərəfindən geniş dəstəklənir. Bu əlaqələr ölkə daxilində milli şüurun möhkəmlənməsinə, xüsusilə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasına böyük töhfə verir. Mədəni layihələr, türkdilli xalqların ortaq irsi ilə bağlı tədbirlər, elm və təhsil sahəsində əməkdaşlıq imkanları Azərbaycan cəmiyyətində birliyi gücləndirən ideoloji baza formalaşdırır. Ümumiyyətlə, Azərbaycanın türk dünyasında artan rolu həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından ölkənin milli və dövlət maraqlarının müdafiəsinə xidmət edir. Bu əməkdaşlıq Azərbaycan üçün yalnız diplomatik üstünlük deyil, həm də strateji gələcək vizionunun ayrılmaz hissəsidir. Türk dünyasında aparıcı aktora çevrilən Azərbaycan regional əməkdaşlığın dərinləşdirilməsinə, türk birliyinin gücləndirilməsinə və geniş geosiyasi məkanda öz maraqlarını daha effektiv şəkildə qorumağa davam edir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ