Bu gün Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Marian De Yonqla görüşüb.
Bu barədə Səfirliyin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə regional inkişaf, Aİ ilə siyasi və iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub, eyni zamanda ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.