Cümə günü, 16 oktyabr 2026
     

Qəzzalılar üçün İsrailin yeni dəhşətli planı - "yaşıl zona" ,"qırmızı zona"...

Image


"The Guardian" qəzetinin məlumatına görə, ABŞ ordusu Qəzza zolağının yenidən qurulması üçün iki hissəyə - "yaşıl" və "qırmızı" zonaya bölünməsini nəzərdə tutan plan hazırlayıb.

“Yaşıl zona” Şərq, Cənub və Şimal sərhədləri boyunca İsrail və Misirə yaxın əraziləri əhatə edəcək. Yenidənqurma işləri burada aparılacaq və bu zona beynəlxalq və İsrail qüvvələrinin nəzarətində olacaq.

“Qırmızı zona” isə Aralıq dənizinə baxan daxili şəhərləri əhatə edir (Xan Yunis, Qəzza, Deyr əl-Bəla). Bu ərazilər əsasən xarabalıq vəziyyətində qalacaq.

Zonalar “sarı xətt” ilə ayrılacaq. Bu xətt Şarm əl-Şeyx sülh razılaşması sonrası İMQ-in (İsrail müdafiə qüvvələri) geri çəkildiyi xətdir.

ABŞ planı fələstinlilərin gələcəkdə könüllü şəkildə “Yaşıl zona”ya köçəcəyini nəzərdə tutur. Planın məqsədi uzunmüddətli perspektivdə Qəzza zolağının yenidən birləşdirilməsinə şərait yaratmaqdır.

ABŞ rəsmisi qeyd edir ki, fələstinliləri köçməyə məcbur edəcək hərbi əməliyyat nəzərdə tutulmur.

Deutsce Welle məqaləsində vurğulanır ki, bu cür planlar İraq və Əfqanıstandakı ABŞ “yaşıl zonaları” ilə paralellər doğurur və həmin layihələr uğursuzluqla yadda qalıb.

ABŞ Avropa ölkələrinin Qəzza üçün beynəlxalq sabitləşdirmə qüvvələrində iştirakını təklif edib. Lakin bəzi mənbələr bu planları “xəyalpərəst” adlandırır, çünki Avropa uzun İraq və Əfqanıstan missiyalarından sonra belə məsələlərə ehtiyatla yanaşır.

7 oktyabr 2023-cü ildə HƏMAS hücumu zamanı İsraildə 1200 nəfər öldürülüb, 250 nəfər girov götürülüb.

Cavab olaraq İsrail Qəzzada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi 68 mindən çox ölən, 170 mindən çox yaralı olduğunu bildirir, lakin statistikanın dəqiqliyi mübahisəlidir.

13 oktyabrda Şarm əl-Şeyx sammitində atəşkəs bəyannaməsi imzalanıb və İMQ müəyyən ərazilərdən çəkilib.

İsrail 2000-ə qədər məhbus azad edib, HƏMAS girovları qaytarıb.

Atəşkəs şərtləri HƏMAS-ın hakimiyyəti tərk etməsi, tərksilah olunması idi. Amma HƏMAS silahı təhvil verməkdən imtina edir və opponentlərə qarşı edamlar həyata keçirir. 17 noyabrda BMT Təhlükəsizlik Şurasında Donald Trampın Qəzza planı səsə qoyulacaq.

Bu plan nə qədər ədalətlidir və onun həyata keçirilməsinin perspektivi necə görünür?

Baki-xeber.com nəşrinə görə, ABŞ ordusunun Qəzza zolağını “yaşıl” və “qırmızı” zonalara ayırmağı nəzərdə tutan planı həm humanitar, həm də siyasi baxımdan ciddi mübahisələr doğurur. Planın mahiyyəti yenidənqurmanın İsrail və beynəlxalq qüvvələrin nəzarətində olan “yaşıl zonada” aparılmasını, daxili şəhərlərin isə “qırmızı zona” kimi xarabalıq vəziyyətində qalmasını nəzərdə tutur. Bu konsepsiya yerli əhali üçün könüllü köçürülmə kimi təqdim olunsa da, faktiki durumda fələstinlilərin yaşadıqları əraziləri tərk etməsi qaçılmaz görünür. Bu isə beynəlxalq humanitar hüquqda tez-tez məcburi əhali yerdəyişməsi risqləri ilə əlaqələndirilir və planın humanitar baxımdan ədalətliliyini sual altına qoyur.

Geniş perspektivdə Qəzzanın əhəmiyyətli hissəsinin İsrail və beynəlxalq qüvvələrin nəzarətinə verilməsi fələstinlilərin öz əraziləri üzərində suverenlik hissini daha da zəiflədə bilər. Plan yerli siyasi aktorları - HƏMAS və ya digər Fələstin təşkilatlarını prosesdən kənarda saxladığı üçün qəbul olunma ehtimalı zəifdir. “Qırmızı zona”nın yaşayış üçün yararsız halda saxlanılması və “yaşıl zona”nın təhlükəsiz anklav kimi qurulması keçmişdə İraq və Əfqanıstanda tətbiq olunan, amma böyük ölçüdə uğursuz sayılan “yaşıl zona” modelini xatırladır. Bu paralellər layihənin uzunmüddətli dayanıqlığını daha da şübhə altına alır.

Planın praktik həyata keçirilməsi də mürəkkəb görünür. Fələstinli qruplar, xüsusilə HƏMAS, tərksilah və hakimiyyətdən imtina kimi şərtləri tam şəkildə rədd edir. Bu isə planın əsas dayağını formal olaraq mümkünsüz edir. İsrail daxilində də bu modelə dair vahid siyasi mövqe yoxdur və Qəzzanın beynəlxalq nəzarətə verilməsi orada müəyyən dairələrin müqaviməti ilə qarşılaşa bilər. ABŞ-ın Avropa qoşunlarını sabitləşdirmə qüvvələrinə cəlb etmək planı da real görünmür: Avropa ölkələri uzun, çətin hərbi missiyalardan sonra bu cür risqli əməliyyatlarda iştiraka ehtiyatla yanaşır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında planın təsdiqi də ciddi şübhə altındadır. Böyük güclərin siyasi qarşıdurmaları belə bir təşəbbüsün qəbulunu xeyli çətinləşdirir.

Bütün bu şərtlər nəzərə alındıqda plan həm humanitar ədalət baxımından problemlidir, həm də siyasi və praktiki reallıqlar fonunda həyata keçmə ehtimalı aşağı görünür. Daha çox konseptual eskiz təsiri bağışlayan bu model bölgədə davamlı və ədalətli nizamlanma üçün gərəkli konsensusu yaratmaq gücündə deyil.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ