Prezident Donald Tramp ABŞ-ın "külli miqdarda" sursata sahib olduğunu bildirib. CNN xəbər verir ki, bu açıqlama Pentaqonun İranla müharibə zamanı ehtiyatlarının tükənməsi ilə bağlı xəbərlər fonunda verilib. Pentaqon sursatının tükənməsi ilə bağlı xəbərlər əvvəllər müxtəlif media orqanlarında dərc olunub. "ABŞ-ın, xüsusən də müəyyən növlərdə çoxlu sayda "sursat"ı var. Bundan əlavə, lazım olduqda çoxlu miqdarda istehsal olunur və ABŞ-a göndərilir. Müdafiə şirkətləri ölkəmizin tarixində ən çox sayda fabrik tikir", - deyə Tramp TruthSocial sosial şəbəkəsində yazıb. O, hansı sursatlardan danışdığını dəqiqləşdirməyib. Məsələ burasındadır ki, CNN ABŞ ordusunun raketdən müdafiə sistemi üçün tutucularının təxminən 80 faizini xərclədiyini və bir çox mənbəyə görə, ABŞ-ın yüksək vəzifəli hərbi liderlərinin Pentaqonun sursat ehtiyatlarının "təhlükəli dərəcədə az" olduğu barədə xəbərdarlıq etdiyini bildirib.