Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan parlamentinin sədri Ruben Rubinyanla telefon danışığı zamanı İrəvana sərt xəbərdarlıq edib. Matviyenko diqqəti “üçüncü ölkələrin tələbi ilə Ermənistanda Rusiya vətəndaşlarının sistematik şəkildə saxlanılmasına” yönəldib.
O, bildirib ki, Rusiya vətəndaşları üçüncü ölkələrin tələbi ilə Ermənistanda saxlanılmağa davam edərsə, Rusiya turistlərinə bu ölkəyə səyahət etməkdən çəkinmələri barədə xəbərdarlıq edə bilər: "Əgər bu təcrübə davam edərsə, Rusiya turistlərinə Ermənistana səfər etməmək tövsiyəsi vermək məcburiyyətində qalacaq".
O, Rusiya tərəfinin Ermənistanın Avropaya inteqrasiya səylərini mənfi qiymətləndirdiyini və belə bir kursu ölkənin maraqlarına zidd hesab etdiyini vurğulayıb. Matviyenko bildirib ki, Rusiya Ermənistanın Avropa İttifaqına qoşulma yolunu respublika üçün "dağıdıcı" hesab edir.
Tahir TAĞIYEV