Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Media və Yayım Şurası (Şura) Azərbaycan Respublikası Audiovizual Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir. Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahididir.
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs ləğv edilir və onun hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Media və Yayım Şurasına (bundan sonra – Şura) verilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
Normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
bir ay müddətində:
Şuranın inzibati bina ilə təmin edilməsi ilə bağlı tədbirlər görməlidir.;
Bundan başqa “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Şuranın işçilərinin Azərbaycan Respublikası Audiovizual Şurası və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görməlidir.