Ermənistan Moskva ilə münasibətlərində gərginliyi artırmağa və ya Rusiyanı açıq şəkildə şantaj etməyə çalışır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev bildirib.
"Rusiya-Ermənistan münasibətləri kontekstində konstruktiv dialoq əvəzinə, İrəvanın vəziyyəti daha da ağırlaşdırmağa və ya sadəcə şantaj etməyə çalışdığını görürük" – deyə diplomat bildirib.
Fadeyevin sözlərinə görə, bu siyasətə rusiyapərəst şəxslərin təqibi, Ermənistanda fəaliyyət göstərən və eyni zamanda respublikanın dövlət büdcəsinə əsas vergi ödəyiciləri olan Rusiya şirkətlərinə qarşı arbitraj proseduru ilə hədələmə və ya mövcud hakimiyyətin siyasi fəaliyyətinin əvvəlində imtina etmək istəmədiyi aktivlər üçün Moskvadan milyardlarla dollar ödəməyi tələb etmək daxildir.
"Yeri gəlmişkən, bu cür böyük açıqlamalar verməzdən əvvəl, kimin kimə nə borclu olduğunu açıq şəkildə göstərən hüquqi çərçivə ilə tanış olmaq yəqin ki, daha ədalətli olardı", - deyə o əlavə edib.
Tahir TAĞIYEV